MSK 2018 ci il prezident seçkiləri üzrə əsas hərəkət və tədbirlərin təqvim planını elan edib

Bakı/08.02.18/Turan: Bugünki rəsmi mətbuatda növbədənkənar seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı əsas hərəkət və tədbirlərin Təqvim Planı dərc edilib.

Təqvim planına əsasən, prezidentliyə namizədlərin rəsmi olaraq irəli sürülməsi seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi gündən etibarən başlayır.

Prezidentliyə namizədlərin təsdiq edilməsi və ya edilməməsi haqqında qərar sənədlərin MSK-ya təqdim edilməsindən sonra beş gün ərzində qəbul edilir.

Qərar müsbət olduqda prezidentliyə
namizədin səlahiyyətli nümayəndələrinə namizədin rəsmi qeydiyyatı üçün tələb olunan 40 min seçici imzası yığılması üçün imza vərəqələri verilir.

İmza vərəqələri sənədlərlə birlikdə fevralın 20-dən 12 mart saat 18.00-a qədər MSK-da qəbul edilir. Sənədlər qəbul edildikdən sonra 7 gün ərzində yoxlanılır.

Seçkiqabağı təşviqat martın 19-da başlayır və 10 aprel saat 8.00-da başa çatır.

Seçkilər günü "Exit-poll" sorğuları keçirmək istəyən təşkilatlar martın 22-nə qədər MSK-ya müraciət etməlidirlər.

Akkreditasiya haqqında qərarlar aprelin 1-nə qədər qəbul ediləcək.

Seçkilər günü səsvermə 08.00-da başlayacaq və 19.00-da başa çatacaq.

Saat 10.00-da, 12.00-da,15.00-da, 17.00-da və 19.00-da səsvermədə iştirak haqqında ilkin məlumatların elan edilməsi nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan dərhal sonra seçki məntəqələrindən və dairələrindən səsvermənin yekunları haqqında ilkin məlumatlar daxil olduqca, MSK-nın saytına yerləşdiriləcək.

Seçki məntəqələri üzrə səsvermə yekunları haqqında protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılmalıdır.

Bu zaman üçüncü nüsxələr məntəqələrdə asılmalıdır.

Dairə seçki komissiyalarından protokollarının ilk nüsxələri aprelin 13-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir.

MSK seçkilərə yekun vurmalı və yekunları aprelin 21-nə qədər təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları rəsmi olaraq Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən səsvermədən sonra 14 gün ərzində, yəni aprelin 25-nə qədər rəsmi elan edilməlidir. -06D-

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti