İlham Əliyev �demokratik inkişaf üzrə yeni addımları� anons edir

Bakı/08.02.18/Turan: "Azərbaycanda bütün azadlıqlar təmin edilir və edilməlidir, bu da bizim siyasətimizdir", bu barədə bu gün prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının qurultayında bildirib.

"Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir", deyə o, sözünə davam edib.

Onun fikrincə, son illər bu istiqamətdə "gözəl nəticələr" əldə edilib.

"Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik", deyə o bildirib.

"Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir", deyə dövlət başçısı bildirib.

O, həmçinin Azərbaycanda vicdan azadlığının tam təmin edildiyini və ediləcəyini bəyan edib. -06D-

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti