Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Prezident İlham Əliyev Almaniya işgüzar dairələrinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Almaniya işgüzar dairələrinin nümayəndə heyətini qəbul edib
Siyasət 


2018 Fevral 13 ( Çərşənbə axşamı )  18:16:38
Çap versiyası
English Русский 

Bakı/13.02.18/Turan: Bu gün prezident İlham Əliyev Almaniya işgüzar dairələrinin nümayəndə heyətini qəbul edib. Bu barədə səhər prezidentin saytı məlumat verib. Ancaq iş gününün sonuna yaxın görüşün təfərrüatı dərc edilməyib.

Nümayəndə heyətinin statusu da məlum deyil. Rəsmi məlumatda deyilir ki, nümayəndə heyətinə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelen başçılıq edir.

Almaniya İqtisadiyyatının Şərq Komitəsi 1952-ci ildə Almaniya Sahibkarlar İttifaqının bəzi əsas birliklərinin kollektiv orqanı kimi təsis edilib.

Hazırda Komitə Rusiya, Belarus, Ukrayna, Orta Asiya və Cənub-Şərqi Avropa ölkələri bazarlarında Almaniya şirkətlərinin maraqlarını təmsil edir, Almaniya və Şərqi Avropada iqtisadi və siyasi sektor arasında vasitəçi kimi çıxış edir. -06D--