�Monitor� jurnalının xüsusi buraxılışının təqdimatı

Bakı/02.03.18/Turan: "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun ölümünün 13-cü ildönümündə eyniadlı jurnalın xüsusi buraxılışının təqdimatı keçirilib. Jurnalda ictimai və siyasi xadimlərin jurnalistə həsr etdikləri məqalələr, onun haqqında xatirələr, həmçinin Elmar Hüseynovun Azərbaycan dilinə tərcümə olunmuş məqaləsi yer alıb.

 Ismail Islamoglu Mərasim E.Hüseynovun xatirəsini bir dəqiqəlik sükutla başlayıb. E.Hüseynov 2005-ci il martın 2-də öz evinin girəcəyində muzdlu qatilin tapançadan açdığı atəşlə öldürülüb. Qətlin təşkilatçıları və icraçılarından heç kim cəzalandırılmayıb.

Xüsusi buraxılışın təsisçisi İsmayıl İslamoğlu deyib ki, nəşr öz həyatını müstəqil Azərbaycan jurnalistikasının fenomeni - "Monitor" jurnalına həsr eləmiş Elmar Hüseynovun xatirəsinə töhfədir.

"Öncə biz monitortv.az saytını yaratmağı qərara almışdıq. Ancaq əvvəlcə onu blokladılar, sonra tamamilə məhv etdilər. Bundan sonra biz domeni dəyişməyə məcbur olduq. Sonra "Monitor" jurnalını buraxmağı qərara aldıq. Ancaq yenə də müəyyən çətinliklərlə qarşılaşdıq. Buna baxmayaarq, xüsusi buraxılış işıq üzü gördü", - İ.İslamoğlu bildirib.

"Monitor" jurnalında dərc edilən məqalələr gündəmə cavab verirdi, onlar bu gün də öz aktuallığını saxlayır", - Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib.

O qeyd edib ki, Elmar qeyri-adi uzaqgörənliyi ilə fərqlənirdi, bugünkü böhranı görürdü və bu barədə hakimiyyəti xəbərdar etməyə çalışırdı ki, o, öz yalnış siyasətindən əl çəksin.

Tanınmış media eksperti, jurnalist Qulu Məhərrəmli Elmar Hüseynovun təmsilçisi olduğu müasir jurnalistikanın rolunu qeyd edib.

"Dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi üçün hakimiyyətin üzərində ictimai nəzarət lazımdır. Elmar bununla məşğul idi. O, Azərbaycan jurnalistikasının tarixində parlaq səhifədir",- Q.Məhərrəmli vurğulayıb.

"Xural" saytının baş redaktoru Əvəz Zeynallı Elmarı Azərbaycan jurnalistikasının ən vacib rəmzi adlandırıb. Onun işi davam etdirilir və bu, mütləq müstəqil mətbuatın qələbəsi ilə nəticələnəcək.

Çıxışlarda korrupsiya, özbaşınalıq, səriştəsizlik və digər neqativ hallara qarşı mübarizədə Elmar Hüseynovun rolundan danışılıb.

Tədbirdə Elmar Hüseynova həsr olunmuş videoçarx nümayiş etdirilib.-0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti