Jurnalistlər Vəkillər Kollegiyasını məhkəməyə verirlər
Bakı/13.03.18/Turan: Jurnalistlər Xədicə İsmayıl və Aynur Qəmbərova (Elgünəş) Vəkillər Kollegiyasını məhkəməyə verirlər. Buna səbəb Vəkillər Kollegiyasının vəkil Yalçın İmanovun səlahiyyətlərinin dayandırılması barədə qərarıdır.
"Yalçın İmanovla müqaviləm var. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bir neçə dəfə dindirməyə çağırılmışam. Sonuncu dindirmə vəkil Yalçın İmanovun iştirakı ilə keçirilib. İndi onun fəaliyyəti dayandırılıb", - A. Elgünəş bildirib.
Yeni vəkillə müqavilə bağlamaq əlavə xərcdir, ən əsası isə bu, vəkilə inam məsələsidir.
"Vəkillər Kollegiyasının 800-dən artıq üzvü olsa da onların arasında gerçəkdən vəkilliklə məşğul olan, tənqidçi jurnalistləri müdafiə etməyə cəsarəti çatan, beynəlxalq hüququ, Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsini bilən vəkillərin sayı çox azdır", - A.Elgünəş qeyd edib.
İddia ərizəsi yaxın günlərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndəriləcək.
Qeyd edək ki, Y.İmanov X.İsmayılovanın da hüquqlarını müdafiə edir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 2017-ci il noyabrın 20-də verdiyi qərarla Y.İmanovun vəkillik fəaliyyəti dayandırılıb. Səbəb kimi Penitensiar Xidmətin ondan şikayəti göstərilib.
Avropa Şurasının insan hüquqları üzrə komissarı və Beynəlxalq Hüquqşünaslar Assosiasiyası Y.İmanovun səlahiyyətlərinə xitam verilməsi barədə qərarı pisləyiblər.-06B-
Cəmiyyət
-
Bazar günü, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Departamenti məlumat yayıb
-
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
Rəy yaz