Zərif ruhun işığında

Bakı/15.03.18/Turan: Martın 15-də Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin ofisində "Zərif ruhun işığında" kitabının təqdimatı olub. Kitab tanınmış filoloq və ictimai xadim Gülrüh Əlibəylinin 90 illiyinə həsr olunub.

Təqdimata G. Əlibəylinin ailəsinin yaxınları, yaradıcı ziyalılar, ictimai xadimlər toplaşıb.

Gülruh xanım ali məktəbdə estetika dərsi deyib və özü də ətraf aləmin estetik baxımdan qəbul edilməsinin daşıyıcısı olub, Sədiyar Əliyev anasını belə xatırlayır.

S.Əliyev Gülruh xanımın həyat və yaradıcılığı haqda slaydları nümayiş etdirib. Slaydlar 2016-cı ildə dünyasını dəyişmiş alim və yazıçının sevimli melodiyaları ilə müşayiət edilib.

Gecədə G. Əlibəylinin haqqında çoxlu xoş sözlər söylənilib.

"O, müəllimlik karyerasına yeni başlayanda mənə ali məktəbdə onun dinləyicisi olmaq nəsib oldu",- kulturoloq Toğrul Cuvarlı bildirib. "Bizim aramızda yaş fərqi az idi. Ancaq o, həmin vaxtlarda da bizim üçün zərif ruhun işığı idi".

Kitab "Qanun" nəşriyyatında Aqşin Dadaşzadənin redaktorluğu ilə nəşr edilib.

Gülruh xanımın qızı, Böyük Britaniyada çalışan Leyla Əliyeva toplaşanlara öz təşəkkürünü bildirib.-0-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti