Tozlu, küləkli hava şəraiti davam edəcək

Bakı/29.03.18/Turan: Cümə axşamı günün ikinci yarısına olan məlumata görə, Bakıda havada tozun miqdarı sanitar normadan 25% yuxarı olub, bu barədə cümə axşamı Ekologiya Nazirliyinin ətraf mühitin monitorinqi departamenti məlumat yayıb.

Bunun səbəbi Ərəbistan yarımadasından tozlu hava atmosfer axınlarının ölkə ərazisinə daxil olmasıdır. İdarənin mütəxəssisləri havada yüksək toz səviyyəsinin martın 29-30-na qədər davam edəcəyini proqnozlaşdırır.

Bu arada, sinoptiklər martın 30-da Bakıda və Abşeronda qeyri-sabit hava şəraiti olacağını, yağış yağacağını, şimal-qərb küləyinin güclənəcəyini proqnozlaşdırır.

Havanın temperaturu gecə +5 +7 dərəcə, gündüz +9 +11 dərəcə təşkil.

Martın 29-u ilə müqayisədə, 30-31-də Abşeronda hava kəskin dəyişəcək, havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək, şimal küləyi güclənəcək. -05D06-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti