Kestutis Yankauskas

Kestutis Yankauskas

Bakı/16.03.18/Turan: Avropa İttifaqı (Aİ) Ələtdə yerləşən yeni Bakı Limanında əməliyyat imkanlarının genişləndirilməsinə 1 milyon avro dəyərində dəstək verəcək.

Bu haqda martın 16-da "Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi" layihəsinin təqdimat mərasimində məlumat verilib.

Tədbirdə Aİ rəsmiləri, Bakı limanının təmsilçiləri iştirak ediblər.

"Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov layihənin iki il ərzində həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı layihə çərçivəsində Bakı limanının inkişafına ciddi dəstək verəcək.

"Layihə limanın əməliyyatlarının daha da təkmilləşdirilməsinə imkan verəcək. Eyni zamanda, təcrübənin artırılmasına, Avropa İttifaqının limanları ilə əməkdaşlığın inkişafına xidmət edəcək. Bu layihə Bakı limanının regionda öncül bir liman statusuna çatdırılması üçün yardım mexanizmi rolunu oynayacaq", o, qeyd edib.

Avropa İttifaqının Azərbaycan ofisinin rəhbəri Kestutis Yankauskas təqdimatı olan layihənin Bakı Limanı ilə bağlı ilk layihə olmadığını ifadə edib. Onun sözlərinə görə, bundan əvvəl bu istiqamətdə 2.6 milyonluq dəstək göstərilib.

K.Yankauskas Azərbaycandakı infrastrukturdan razılıq edib. O, deyib ki, icrasına başlanan layihə Bakı Limanının müasir texnologiyalarla təmin edilməsinə xidmət edəcək.

Bakı Limanına proqram təminatı sahəsində dəstək veriləcəyini də qeyd edən Aİ rəsmisi dəstəyin idarəetmə, insan resursları, informasiya texnologiyaları sahəsini də əhatə edəcəyini bildirib.--0--

Rəy yaz

İqtisadiyyat

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti