Фото из открытых  источников

Фото из открытых источников

Bakı/23.03.18/Turan: Avtomobil parkının yaşı və növ tərkibi Azərbaycanda sosial təbəqələşmənin real mənzərəsini nümayiş etdirən, bəlkə də, yeganə rəsmi göstəricidir, deyə iqtisadçı Rövşən Ağayev hesab edir.

Məsələn, sosial təbəqələrin ayrılması gəlir, istehlak, əməyin xarakteri, boş vaxt və sair səviyyələrə görə həyata keçirilə bilər. Lakin bu sahələrdə milli statistikanın məlumatları adekvat yanaşmadan uzaqdır və ya heç yoxdur. Buna görə iqtisadçılar alternativ mənbələrə müraciət etmək məcburiyyətində qalırlar və avtomobil bazarında gedən proseslərin dinamikası barədə məlumatlar nisbi obyektivliyi ilə fərqlənir.

Maraqlıdır ki, Azərbaycanda minik avtomobili parkının cəmi 12.5%-i 5 ilə qədər olan maşınlardır. Amma 2012-2013-cü illərdə bu göstərici 14% ətrafında olub. "Göründüyü kimi, böhran təzə maşın idxalına öz təsirini göstərib", - deyə Ağayev qeyd edir. "Müqayisə üçün deyim ki, 5 ilə qədər yaşı olan minik maşınlarının ümumi avtoparkda payı hazırda Rusiyada 27%, Avropada 32-33% ətrafındadır.
Azərbaycanda istismar müddəti 10 ildən çox olan maşınlarn ümumi parkda payı 67% təşkil edir. 3 il əvvəl onların payı 65% olub. Bu göstərici Rusiyada 48%, Avropada 36% ətrafındadır".

Bu statistikalar əhalinin satınalma gücünün azalması ilə yanaşı, mühərrik həcmi böyük olan avtomobillərə aksiz vergisinin son artımını əks etdirir. Əmlak mütəxəssis Ramil Osmanlının sözlərinə görə, qiymətlərin artması kiçik litrajlı maşınlara da təsir edib. Ekspertin sözlərinə görə, fevral ayı üçün 10 min manat diapazonunda (2000 kubmetr santimetrədək) qiyməti olan avtomobillər 10%, mühərrikinin həcmi 2500 və daha çox kub santimetr olan nəqliyyat vasitələri 2000-3000 manat və daha çox bahalanıb. Bu fonda tələbat strukturunda kiçik və köhnə avtomobillərə üstünlük müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatlarına müraciət etsək, bu ilin yanvar-fevral aylarında avtomobil idxalı ötən ilin ilk aylarına nisbətən 1015 ədəd artıb. Məlum olur ki, ölkəyə 1867 avtomobil gətirilib. 2018-ci ilin iki ayının nəticələrinə görə, nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin idxalına 54,903 milyon dollar xərclənib. Bu, bir il öncəkindən 23,67 milyon dollar və ya 75,7 faiz çoxdur.

Rəy yaz

İqtisadiyyat

İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti