Müdafiə naziri təlimlərin yekunlarını qiymətləndirib
Bakı/16.03.18/Turan: Müdafiə naziri Zakir Həsənov genişmiqyaslı təlimlərin yekunlarına dair xidməti müşavirə keçirib.
O, təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələrin uğurla yerinə yetirildiyini bildirib.
Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən nazir qeyd edib ki, təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığı daha da təkmilləşdirilərək yeni səviyyəyə yüksəldilib, qərargahlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.
Nazir vurğulayıb ki, taktiki fəaliyyətlərin praktiki icrası zamanı birləşmə və hərbi hissələrin yüksək hazırlıq səviyyəsini nümayiş etdirməsi bu təlimlərdə qoşunların əməliyyat və döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyini göstərib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Martın 12-də Azərbaycan Silahlı Qüvvələri müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb.
Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb edilib. -0-
-
- Siyasət
- 16 Mart 2018 18:26
-
- Aktual Reportaj
- 16 Mart 2018 19:09
Siyasət
-
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev mayın 1-dən etibarən 13 saylı cəzaçəkmə müəssisəsində aclığı davam etdirir.
-
Bazar ertəsi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin aparatı bildirib ki, sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
-
Ermənistan Alma-Atıdakı danışıqlarda Azərbaycanla regionda nəqliyyat infrastrukturunun və ticari marşrutların məhdudiyyətsiz açılması məsələsinin tənzimlənməsini müzakirə etmək niyyətindədir, bu barədə bazar ertəsi Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib.
-
Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində fırıldaqçılıqda ittiham olunan ictimai fəal Rail Abbasovun işi üzrə proses davam edib.
Rəy yaz