Hərbi atteşelər Sərhəd Xidmətində olub. Arxiv
Hərbi atteşelər Sərhəd Xidmətində olub
Baki/19.03.18/Turan: 17 dövləti Azərbaycanda təmsil edən 27 hərbi attaşe heyəti Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bazasında və "Sərhədçi" İdman-Olimpiya Mərkəzində olub.
Bu haqda DSX-nin mətbuat mərkəzinin məlumatında bildirilir.
Atteşelərə sahil mühafizəsinin xidməti-döyüş fəaliyyətinə dair təqdimat keçirilib. Onlara dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, həmsərhəd və xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verilib.
Ziyarətçilər bazanın fəaliyyəti və mövcud imkanları, o cümlədən qərargah binası, Birgə Komanda İdarəetmə Mərkəzi, tədris mərkəzinin xarici dil, dalğıc, baxış qruplarının hazırlanması sinifləri, gəmi inşası və təmiri mərkəzində inşa edilmiş sərhəd gözətçi gəmilərinin texniki göstəriciləri ilə tanış olublar.
"Sərhədçi" İdman-Olimpiya Mərkəzinə səfər zamanı mərkəzin binalar kompleksi, o cümlədən universal zalı, meydançaları, üzgüçülük hovuzu, mehmanxanası və digər maddi-texniki imkanları qonaqlara nümayiş etdirilib.--0--
-
- Çətin sual
- 19 Mart 2018 17:48
-
- Cəmiyyət
- 19 Mart 2018 18:08
Siyasət
-
Mayın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həyat yoldaşı ilə birlikdə Şuşa şəhərinə gəlib.
-
Mayın 6-da dövlət başçısı İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
-
Mayın 6-da Bakı Apellyasiya Məhkəməsində Sabit Bəhramzadənin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.
-
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ailəsinə qarşı təzyiqlərin olduğunu bildirir.
Rəy yaz