Avropa məhkəməsi on ildən sonra Qənimət Zayidovun şikayəti üzrə kommunikasiyaya başlayıb
Bakı/04.04.18Turan: Avropa Insan Hüquqları Məhkəməsi (AIHM) "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zayidovun 2007-ci ildə xuliqanlıqda və sağlamlığa az ağır xəsarət yetirməkdə ittiham edilərək 4 il azadlıqdan məhrum edilməsi ilə bağlı verilən şikayət üzrə kommunikasiyaya başlayıb. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.
"Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 və 6.3 (d) maddələrinin pozulmasından (ona qarşı cinayət ittihamının qanunsuzluğundan) şikayət edib. Avropa məhkəməsi həmin maddələrin pozulub-pozulmamağı ilə bağlı hökümətə suallar ünvanlayıb. Məhkəmə xüsusən cinayət işi üzrə mövcud olan sübutlarla bağlı xeyli suallar göndərib. O həmçinin iş üzrə sənədləri, o cümlədən məhkəmə iclasının protokolunu istəyib", - vəkil yazıb.
Q. Zayidov Turan-a bildirib ki, indi həbsdə olanların şikayətinə növbədənkənar qaydada baxılmalıdır.
" Biz hər halda həbsdə deyilik", - o, Turan-ın məhkəmənin 10 ildən sonra kommunikasiyaya başlaması ilə bağlı sualına belə cavab verib.
Hazırda Fransada mühacirətdə olan Q.Zayidov 2007-ci ildə bir qadının şahid ifadəsi əsasında ittiham olunaraq 4 il azadlıqdan məhrum edilib. Sonradan 2009-cu ildə həmin qadının özü narkotik maddə ittihamı ilə həbs edilib. Q.Zayidov 2010-cu ildə əfv olunaraq azadlığa buraxılıb. Baş redaktor ailəsi üçün təhlükənin yarandığını bildirərək Fransaya mühacirət edib.-03B-
Cəmiyyət
-
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
Rəy yaz