Azərbaycan hakimiyyəti siyasi mühacirlərə təzyiqlərə son qoymağa çağırılır
Bakı/22.04.18/Turan: Azərbaycan Siyasi Məhbusları Müdafiə Mərkəzi hakimiyyəti ölkə rəhbərliyini tənqid edən siyasi mühacirlərin qohumlarına təzyiqlərə son qoymağa çağırıb.
Bu çağırış şənbə günü Mərkəzdə təqdim edilən "Avropa işi" üzrə araşdırmanın tövsiyələr bölməsində yer alıb.
23 səhifəlik sənədə faktlar, siyasi mühacirlərin və onları Azərbaycan hakimiyyətinə qarşı mübarizədən çəkinməyə məcbur etmək məqsədilə müxtəlif təzyiq formalarına (həbs, polisə aparılma, işdən çıxarılma ilə bağlı təhdidlər) məruz qalan qohumlarının adları daxilir.
Mərkəz hakimiyyəti və opponentləri siyasi polemikada insanın şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərdən çəkinməyə çağırıb.
Mərkəzin koordinatoru Oqtay Gülalıyev qeyd edib ki, beynəlxalq təşkilatlar bu məsələdə passiv ola bilməzlər və Azərbaycan hakimiyyətinə tələb və tövsiyələrini artırmalıdırlar. 0-
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz