Rusiyanın Azərbaycanda yeni səfiri Mixail Boçarnikov ola bilər
Bakı/02.04.18/Turan: Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri postuna namizədliyi Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiya və soydaşlarla əlaqələr komitəsində təqdir edilib, TASS bildirir.
"Komitə Qazaxıstandakı keçmiş səfirimiz Mixail Boçarnikovun Rusiyanın Azərbaycanda səfiri postuna namizədliyini dəstəkləyib", - mənbə bildirib.
70 yaşlı M.Boçarnikov karyeralı diplomatdır, SSRİ-nin Efiopiya və Zimbabvedəki səfirliklərində çalışıb, Rusiyanın Zambiya (1992-1996-cı illər), Yunanıstan (1999-2003-cü illər) və Qazaxıstanda (2003-2006-cı illər) səfiri olub.-06d--
Siyasət
-
TURANın Vaşinqtondakı müxbiri xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken bazar günü Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb, iki ölkə arasında uzunmüddətli və layiqli sülh sazişinə doğru irəliləyişi dəstəkləyib.
-
Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat verir ki, cari il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub.
-
Bu gün “Toplum” İnternet televiziyasının əməkdaşı Cavid Ramazanov Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.
-
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Yakov Milatoviç ilə görüşüb.
Rəy yaz