ABŞ ATƏT-in Azərbaycanda seçkiləri ilkin qiymətləndirməsi ilə razıdır
ABŞ Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin qiymətləndirilməsi üzrə ATƏT missiyası ilə razıdır. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Turan-ın Vaşinqtondakı müxbirinin sorğusuna cavab olaraq bildirib.
"Birləşmiş Ştatlar prezident Əliyev və Azərbaycan xalqı ilə bəzi mühüm ikitərəfli və regional məsələlər, o cümlədən insan hüquqlarına və azadlıqlara hörmətin təşviqində, iqtisadi islahatların və çiçəklənmənin dəstəklənməsində, terrorizmə qarşı mübarizədə əməkdaşlığa, həmçinin ATƏT-in Minsk Qrupu ilə fəal əməkdaşlıq vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına ümid edir", -Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Biz Azərbaycanda seçkilərin müşahidəsi üzrə ATƏT-in ilkin qiymətləndirmə missiyası ilə razıyıq. İlkin hesabatda bəzi çatışmazlıqlar qeydə alınıb. Bura əsas azadlıqların məhdudlaşdırılması, həqiqi rəqabətin olmaması daxildir. Seçki administrasiyası resurslarla təmin edilsə də, DTİHB şəffaflığın olmadığını, çoxsaylı ciddi pozuntuların olduğunu, səsvermə zamanı qutulara topa ilə bülletenlerin atıldığını bildirib. Biz prezident Əliyevi və administrasiyasını bu problemlərin operativ həllinə çağırırıq", - Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirlib. Bəzi müxalifət partiyaları seçkilərdə iştirakdan imtina edərək etiraz aksiyaları keçiriblər.
Bu seçkilər 2016-cı ilə konstitusiya referendumundan sonra keçirilən ilk seçkilərdir. Referendum nəticəsində prezidentlik müddəti beş ildən yeddi ilədək artırılıb.-0-
Siyasət
-
Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.
-
"Azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin qorunması" təşkilatının sədri Faiq İsmayılov Turan-ın müxbiri ilə söhbətində Avropanın Caucasus Heritage Watch təşkilatına istinadla Şuşadakı erməni kilsəsinin "yer üzündən silindiyini" iddia edən Ermənistan KİV-lərinin iddialarını təkzib edib.
-
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması müzakirə olunur. Bu məsələ Avropa Şurası Nazirlər Komitəsində qaldırılıb.
-
Ötən gecə Ermənistanın Tavuş rayonunun yüzlərlə sakini dövlətlərarası yolun Baqanis-Kirants hissəsini bağlayıb. Bu, Baqanis, Voskepara, Kirants, Barekamavan, Koti, Dilijan, İcevan və Tavuşun digər yaşayış məntəqələrinin sakinləridir.
Rəy yaz