Buzovnada bir küçədə qazın təzyiqi bərpa edilib
Bakı/14.05.18/Turan: Mayın 14-də Buzovna qəsəbəsində bir küçədə qazın təzyiqi normativə uyğun olaraq bərpa edilib. Turan agentliyinin direktoru Mehman Əliyev həmin küçədə yaşayır.
Qazın təzyiqinin artırılması saat 16:00-da baş verib. Saat 18:00-a yaxın SOCAR nümayəndələri qazın normaya uyğun verildiyini qeydə almaq üçün qəsəbəyə gəliblər. "Biz qonşulardan soruşduq, onlar qazın normada verildiyini dedilər",- SOCAR-ın nümayəndəsi M.Əliyevə telefonla bildirib.
"Saat 16:00-da qazın verilməsini bərpa etdiniz. İndi də hər şeyin qaydasında olduğunu sənədləşdirmək istəyirsiniz?",- M.Əliyev sual edib. Ancaq qəsəbənin o biri tərəfində yaşayan sakinlər qazın əvvəlki kimi aşağı təzyiqlə gəldiyini bildirirlər.
Beləliklə, SOCAR təkcə M.Əliyevin şikayətini təmin etməklə bu problemin açıq müzakirəsini dayandırmaq qərarına gəlib.
"İstisnasız olaraq bütün istehlakçılar üçün qazın təzyiqi normaya uyğun olmalıdır. Biz bütün qanuni vasitələrlə buna nail olacağıq",- M.Əliyev vurğulayıb.
Mayın 7-də Turan İnformasiya Agentliyinin direktoru M.Əliyev qaz təchizatındakı problemlə bağlı SOCAR prezidenti Rövnəq Abdullayevə məlumat verib. Mayın 11-də informasiya sorğusu göndərilib və sorğu dərc edilib:
http://www.turan.az/ext/news/2018/5/free/Want%20to%20Say/az/72001.htm
Bundan sonra Bakının digər rayonlarından da Turan-a zənglər edərək qaz təchizatında problemlərin olduğunu bildiriblər. Məlum olur ki, son 20 gündə bir çox yerlərdə qazın təzyiqi azalıb.
SOCAR əməkdaşları təzyiqin azalmasını qış mövsümündən yay mövsümünə keçid ilə izah edirlər.
"Qaz təchizatı haqqında" qanunda qış və yay mövsümü anlayışları yoxdur. Mövsüm deyəndə qazın təzyiqini yox, həcmini başa düşmək lazımdır ki, bu da qış vaxtı artır, yayda isə məlum səbəblərdən azalır", - M.Əliyev qeyd edib
O deyib ki, evlərə qaz ən azı 0,05 kqs/sm2 və ya 20 ml/bar (atmosfer) təzyiqindən az olmayaraq verilməlididr. Ancaq 7 ml/bar qeydə alınıb.
"İstənilən halda SOCAR-dan informasiya sorğusuna cavab gözləyirik ki, bu da maksimum 7 iş günü ərzində verilməlidir", - Turan agentliyini durektoru vurğulayıb.-0-
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
-
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, cümə günü, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 27 dərəcəyə qədər isti olacaq.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.
Rəy yaz