Ramazan ayı başlayıb

Bakı/17.05.18/Turan: Orucluq Allahın razılığını qazanmaq üçün bu ayda verilən nemətlərdən Allaha xatir imtinadır.

İndiki halda, yəni yay mövsümündə orucluğun davam etməsi 16 saatdır və bu 16 saat ərzində hər hansı qida, maye, yemək, cinsi əlaqə və s. yasaqdır.

Oruc tutmaq yalnız Allah rizasını qazanmaq məqsədi daşıyır və Allahu-Təala buna görə oruc tutanlara mükafat vədi verir.

Ramazan ayının və orucluğun daxilində mübarək günlər var. Bu günlər Ramazan ayının son 10 günlüyünə daxil olan tək günlərdir.

Belə ki, Qurani- Kərimdə kitabın Ramazan ayında endirılməsi barədə danışılır.

Bu il əhya gecələri Ramazan ayının 18-dən 19-na keçən gecəyə təsadüf edir ki, bu da iyunun 3-nə düşür.

İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə (iyunun 5-nə), sonuncu əhya gecəsi isə iyunun 11-nə təsadüf edir.

Ramazan ayının ən mühüm əməllərindən biri fitrə-zəkatın ayın sonundə verilməsidir.

Qazilər Şurasının qərarında deyilir ki, bu il Azərbaycanda fitrənin aşağı məbləği 5-10 manat arasındadır.

Ramazan ayı iyunun 15-də başa çatır. Bununla əlaqədar hökumət 15 və 16 iyunu qeyri-iş günü elan edib. İyunun 15-i həm də Milli Qurtuluş günü, iyunun 16-ı isə şənbə günü olduğundan iyunun 18 və 19-u da istirahət günləri olacaq. Beləliklə, iyunun ortalarında ölkə əhalisi beş gün istirahət edəcək.-06D--

Rəy yaz

Cəmiyyət

İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti