Bakı/18.05.18/Turan: Ölkənin aparıcı rusdilli qəzeti olan "Exo" maliyyə problemləri ilə əlaqədar fəaliyyətini dayandırır. Bu barədə Turan agentliyinə qəzetin direktorunun birinci müavini Ruslan Manafov bildirib. Bu yaxınlarda baş redaktor Rauf Talışinskinin vəfatından sonra qəzetin maliyyə problemləri güclənib, deyə o qeyd edib. Qəzetin son nömrəsi mayın 26-da dərc ediləcək.
Kollektivin aqibəti ilə bağlı suala cavabda Manafov deyib ki, hər kəs özü işə düzələcək.
Xatırladaq ki, baş redaktor Rauf Talışinski mayın 8-də 61 yaşında gözlənilmədən dünyasını dəyişib. O, "Exo"nu 2001-ci ildə təsis etmişdi. Qəzet tarazlaşdırılmış və bir çox məsələlər üzrə çox vaxt hökumətyönlü mövqe tuturdu. -016B-
-
- İqtisadiyyat
- 18 May 2018 18:16
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Prezidentin quru sərhədləri, Ukrayna müharibəsi, Azərbaycan- Ermənistan münasibətləri haqda açıqlamaları... – İlham İsmayıl Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 17:42
- 365
-
- Kənd təsərrüfatı,
- 13:01
- 380
Rəy yaz