Bakı/23.05.18/Turan: Mayın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakının Nizami rayon şöbəsinin fəalı Rahib Səlimov həbs edilib. Bu barədə AXCP məlumat yayıb.
Məlumata görə, Nizami rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) Səlimovu 25 sutka inzibati həbsə məhkum edib.
"Əvvəlcə fəalın atası Ədalət Səlimov Nizami rayon Polis İdarəsinə çağırılıb. Atası Rahibə zəng edib. Rahib polisə gələndən sonra atanı azad edib, oğlunu saxlayıblar", deyə məlumatda qeyd edilir.
AXCP bildirir ki, Rahib Səlimli paylaşdığı son statusunda "xəstə cəbhədaşlarımı azad et, məni tut" kampaniyasını davam etdirib.
"AXCP fəıallarına qarşı repressiya davam edir. Sonra da deyirsiniz ki, hakimiyyət bizim tələb və təkliflərimizi eşitmir, bu da nümunə, dünən Feyzullah Seyidov ev dustaqlığına buraxıldı, əvəzində Rahib Səlimli həbs olundu, belə operativliyə bir alqış...", deyə AXCP bildirir.
Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ məlumat yaymayıb. -03B-
-
- İqtisadiyyat
- 23 May 2018 16:26
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Əhmədzadə Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 295
Rəy yaz