Ariel Schalit/AP

Ariel Schalit/AP

Bakı/29.05.18/Turan: Knessetin spikeri Yuli Edelşteyn Osmanlı imperiyasında erməni soyqırımının tanınması barədə qərar layihəsini İsrail qanunverici orqanının gündəliyindən çıxarıb. Bu barədə The Jerusalem Post spikerin mətbuat katibinə istinadən yazır.

Erməni soyqırımının tanınması haqda qərar layihəsi üzrə səsvermə mayın 29-na təyin edilmişdi.

Y. Edelşteynin nümayəndəsi qeyd edib ki, layihə üzrə səsvermə qeyri- müəyyənlik, yəni parlament çoxluğunun bu qərarı dəstəkləyib-dəstəkləməyəcəyinin məlum olmaması səbəbindən geri çağırılıb.

Bildirilir ki, İsrail deputatlarının çoxu "əleyhinə" səs verə bilərdi, çünki bu qərarın qəbulu İsrailin digər ölkələr ilə münasibətlərini poza bilər. Əsasən qeyd olunur ki, erməni soyqırmının tanınması Türkiyə və Azərbaycanla münasibətlərə ziyan vura bilər. 02D-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti