LIBRAFF Bakıda ən böyük kitab mağazasını açıb
Bakı/08.06.18/Turan: İyunun 8-də LIBRAFF kitab mağazaları şəbəkəsi paytaxtda Hüseyn Cavid prospekti, 29 ünvanında ən böyük kitab mağazasını açıb.
Bu şəbəkə 2017-ci ildə yaradılıb və Avropa Azərbaycanlıları Təşkilatının (TEAS) bir qoludur.
Təxminən 400 kv metr sahəsi olan yeni mağazada təkcə kitab almaq deyil, həm də bir fincan qəhvə içmək olar, burada Azərbaycan, rus, ingilis və türk dillərində elm və ədəbiyyatın müxtəlif sahələrinə aid kitablar sərgilənib.
Tarix mövzusunda monoqrafiyalara xüsusi diqqət yetirilib. Xüsusən, bu gün mağazada Azərbaycan Xalq Cümhuriyyətinə və onun banilərinə aid çoxsaylı nəşrlər təqdim olunub.
Sərgilənən kitabların əksəriyyəti bu gün təkcə Azərbaycanda deyil, həm də qonşu Türkiyədə nəşriyyat işinin lideri olan TEAS Press nəşriyyatı tərəfindən buraxılıb.
LIBRAFF-da təqdim olunan nadir və ən dəyərli nəşrlər arasında Osmanlı arxivlərindən sənədlər məcmusunu və Məmməd Əmin Rəsulzadənin 1923-27-ci illərdə İstanbulda dərc etdiyi "Yeni Kafkasya" jurnalının bütün nömrələrini göstərmək olar. -02B-
-
- Siyasət
- 8 İyun 2018 17:51
Mədəniyyət
-
Çox zaman kinoekran insan emosiyalarının incəliklərini və sosial problemləri cəsarətli ştrixlərlə əks etdirən kətan (xolst) sayılır. Rejissor İlqar Safatın "İçərişəhər" psixoloji dramı da belədir.
-
Müasir incəsənətin daim dəyişən dünyasında sərgilər çox vaxt cəmiyyətin mürəkkəbliyini və insan təcrübəsini əks etdirən güzgü rolunu oynayır.
-
Xalqlar arasında möhkəm əlaqələrin və ədəbiyyatın mədəniyyətləri birləşdirmə qabiliyyətinin təsdiqi olaraq Azərbaycan prezidenti İlham Əliyev və Qırğızıstan prezidenti Sadır Japarov Bakıda tanınmış qırğız yazıçı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər.
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
Rəy yaz