DİN rəhbərinə məktub çatdırılması jurnalistlərin saxlanması ilə başa çatıb
Bakı/01.06.18/Turan: Bu gün səhər 20-yə yaxın vətəndaş cəmiyyəti fəalı və media nümayəndəsi DİN-in qarşısına toplaşıb. Onlar daxili işlər naziri Ramil Usubova ünvanlanan məktubu ona təqdim etmək istəyiblər.
Müraciətin mətni ötən gün açıqlanıb. Sənəddə nazir müraciəti imzalayanların hamısını həbs etməyə çağırılır. Belə ki, onlar da mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən yürüş və tədbirlərdə iştirak ediblər.
Bundan sonra polis REAL Partiyasının 4 fəalını xuliqanlıqda və ictimi asayişi pozmaqda ittiham edərək həbs edib.
Polisin bu qanunsuz hərəkəti ictimaiyyətdə böyük narazılıq yaradıb.
Səhər nazirliyin binasının önünə gələn fəallar bir müddət mətbuat xidmətinin müraciəti qəbul etməsinə nail ola bilməyiblər. Mətbuat xidmətinin nümayəndələri ilə uzun danışıqlardan sonra fəallara tövsiyə ediblər ki, müraciəti nazirə ünvanlanan məktub qutusuna atsınlar.
Bunu etdikdən sonra aksiyanın təşəbbüsçüsü, jurnalist Xədicə İsmayılova hadisə ilə bağlı həmkarları üçün kiçik bəyanat verib.
Ancaq 30 saniyə keçmişdi ki, yaxınlıqda dayanan polis işiləri X.İsmayılovanı çəkən jurnalist - Ramin Dekonu və Müsavat fəalı Elman Fəttahı aparıblar.
Sonra onları buraxıblar. Binanın içərisində polis çəkiliş lentinə baxaraq bildirib ki, binanın yaxınlığında çəkiliş aparmaq olmaz. 40 dəqiqə sonra onları buraxıblar.-02B-
-
- Maliyyə
- 1 İyun 2018 12:28
Cəmiyyət
-
Azərbaycan məktəblərində rus dilində siniflər arta bilər. Jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov bildirib ki, məktəblərdə rus bölməsi üzrə kifayət qədər yer və pedaqoq ehtiyatı var. "Bu gün ölkənin təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca, rus bölməsi üzrə sinif sayı artırıla bilər", - o əlavə edib.
-
Lider mobil operator beynəlxalq ictimaiyyət qarşısında daha dayanıqlı və yaşıl gələcək naminə gördüyü işlər haqqında danışdı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən “GSMA M360 2024” konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb. Bu sessiyada çıxış edən Azercell-in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.
-
Mayın 17-də Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək.
-
Azercell-in ev sahibliyi etdiyi konfrans Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirdi Bu gün Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransına start verilib. Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbir telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplamağa müvəffəq olub.
Rəy yaz