Emin Aslan
ABŞ-dan Bakıya dönən hüquqşunasın saxlandığı bildirilir
Bakı/04.06.18/Turan: Amerikada ali hüquq təhsilini başa vurub, yenicə Bakıya dönən hüquqşunas Emin Aslanın saxlanıldığı bildirilir.
Bu haqda AzadlıqRadiosuna onun yaxınları bildiriblər.
Məlumata görə, Emin Aslan günortadan sonra "Park Bulvar" alış-veriş mərkəzində özlərini təqdim etməyən 3 nəfər tərəfindən saxlanılıb. Həmin şəxslər Emin Aslanın onlarla bərabər polisə getməsini istəyiblər.
Emin Aslanın konkret olaraq, hansı quruma aparılması barədə məlumat verilmir.
Yaxınları artıq olayla bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər. DİN-dən hüquqşunasın yaxınlarına əlavə bilgi verilməyib. Nazirliyin "102" xidmətindən ərizə ilə ərazi üzrə polisə müraciət olunması tövsiyyə olunub.
E.Aslana vəkil tutulduğu, vəkilin hüquqşunasın yerinin müəyyən edilməsi ilə bağlı çalışdığı bildirilir.
Hüquqşunas Emin Aslan son 6-7 il ərzində əsasən, müxtəlif QHT-lərlə, beynəlxalq təşiklatlarla əəməkdaşlıq edib.
2014-cü ildən sonra bir müddət Gürcüstanda yaşayıb, işləyib. İki ilə əvvəl isə ABŞ-dakı Sirakuz Universitetinə daxil olub.
Emin Aslan 3 gün əvvəl Bakıya dönüb.-0--
Cəmiyyət
-
Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Hadisə aprelin 27-də Şuşa rayonunun Qeybalı kəndi ərazisində baş verib.
-
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın yağıntısız olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 26+31 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Maliyyə,
- 00:18
- 191
Rəy yaz