Arxiv
Şamaxı-Xeybəli yolu bağlandı, kəndlilər aksiya keçirdi
Bakı/13.06.18/Turan: Bu gün, iyunun 13-də Şamaxı rayonunun Xeybəli kəndinin sakinlərinin bir qrupu rayonun icra hakimiyyətinin qarşısına toplaşıb. Onlar kəndləri ilə rayon arasındakı yolun yararsız hala düşməsinə, əlaqəli qurumların problemi çözməməsinə etriaz ediblər.
Narazı kənd sakinlərindən Niyaməddin Qarayev Turan-a bildirirb ki, artıq həftələrdir ki, Xeybəli kəndi ilə rayon mərkəzi ilə əlaqə demək olar ki, tamamilə kəsilib.
"Neçə həftədir ki, fasilələrlə yagış yagır. Yollar onsuz da bərbad halda idi, indi daha da dagılıb. Gəlib, kənardan baxıb, gedirlər, əlac edən yoxdur. Məcbur qalıb, icra hakimiyyətinin qarşısına toplaşdıq ki, icra başçısına dərdimizi deyək", söyləyən kənd sakini dağılmış yolların bərpası üçün gərəkli texniki vasitələrin olmadığını bildirib.
Onun sözlərinə görə, günlərdir ki, yollarda batıb qalan avtomaşınlar var. Onların çıxarılması, yolun normal hala salınması üçün aidiyyatı qurumlar heç bir addım atmır.
Şamaxı-Xeybəli yolundakı uçqunda maşını ilişib qalan kənd sakini Nazim Azadoğlu isə bu günə kimi rayon icra hakimiyyətnin, digər orqanların heç bir tədbir görmədiyini deyib.
"Neçə gündür, maşın batıb qalıb dərədə. "Fövqəladə hallara" zəng vurmuşam, gəlmirlər. Deyirlər ki, biz kömək edə bilmərik. Əvvəl "icraya" da müraciət etdik. Söz vermişdilər ki, uçqunm olan yerdə işləyə bilən agır texnika, traktor-filan göndərəcəklər, ancaq gözlədik, gəlib çıxmadı", deyən N.Ağaoğlu icra başçısı rəsmilərininə dərdlərini yenidən anlatdıqlarını bildirib.
Narazı kənd sakinlərini icra hakimiyyətinin rəsmiləri dinləyib. Onlara vəd verilib ki, problemin aradan qaldırılması, Şamaxı-Xeybəli yolunun istifadəyə yararlı hala gətirilməsi üçün lazım olan addımlar atılacaq.
Xeybəli kənd sakinlərinin problemləri ilə bağlı Şamaxı İcra Hakimiyyətindən münasibət alımaq mümkün olmayıb.-0-
Cəmiyyət
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
-
“Bakcell”in sosial mediada paylaşdığı sonuncu videolarda musiqi ulduzları Röya və Miri Yusif bütün ölkəni yeniliyə səsləyib. Məşhur simalarla yanaşı, ən çox təəccüb yaradan süni intellekt dəstəkli robot olub. İnsanabənzər robot da Azərbaycan dilində danışığı ilə Bulvardakı konsertə dəvət mesajı göndərib.
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
Sanksiya çağırışı, beynəlxalq hesabatlar... – Fuad Həsənov Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Kənd təsərrüfatı,
- 13:01
- 130
Rəy yaz