Prezidentdən Ramazan təbriki
Bakı/13.06.18/Turan: "Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm".
Prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində belə yazılır.
Builki Ramazan günlərinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf etdiyini vurğulayan prezident qeyd edib ki, müstəqil dövlətçiliyiyin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlər bərqərar edilib. Ölkə başçısı yazıb ki, bu,cəmiyyətin mənəvi-əxlaqi yüksəlişinə təkan verib, öz milli köklərinə daim sadiq qalan xalqın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirib.
"Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir", qeyd edən prezident bayram günlərində edilən dua və niyyətlərin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu edib.
İslam dininə görə, "Quran-i-Kərim" Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. "Quran-i-Kərim"də həmin ayda oruc tutmaq vacib sayılır.
Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib.
Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası bir ay əvvəl Ramazan ayının başlanması münasibətilə fətva verib.
Fətvada Ramazan ayı may ayının 17-də başlaylb.
"Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir", - fətvada Ramazan bayramının vaxtı isə iyunun 15-i göstərilir.--0--
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz