Media-icmal 14.06.18

TANAP-ın Avropa üçün əhəmiyyəti, tikinti sahəsindəki qanunsuzluqlar, kərə yağının qiymətindəki bahalığın səbəbləri bugünkü (14 iyun, 2018-ci il) medianın aparıcı mövzularındandır.

TANAP-ın Avropa əhəmiyyəti

"Azərbaycan" qəzeti "Azərbaycandan Avropaya növbəti töhfə" sərlövhəli məqalədə TANAP-ın Avropa üçün əhəmiyyətini dəyərləndirir.

Müəllif deyir ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan "Cənub" qaz dəhlizinin dörd seqmentindən biri və bu mürəkkəb infrastrukturun ən uzun hissəsi olan Transanadolu təbii qaz boru kəməri (TANAP) iyunun 12-də istifadəyə verildi: "Təməli 3 il əvvəl, 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda qoyulan layihə üzrə bütün işlər həm Azərbaycanın, həm də Türkiyənin siyasi iradəsi ilə vaxtında yerinə yetirildi. Bu mərhələdə Azərbaycan Türkiyəyə daha böyük həcmdə qaz ixrac edəcək".

Müəllif deyir ki, TANAP üzrə qarşıya qoyulan məqsədlər isə daha stratejidir, belə ki, kəmər Azərbaycanın "Şahdəniz" yatağından və s. mənbələrdən hasil olunan təbii qazın yaxın illərdə Avropa ölkələrinə nəqlini hədəfləyir: "Ən əsası bu kəmər Xəzərdən hasil olunan qazı birbaşa Avropaya çatdıra biləcək yeganə vasitədir və bu mənada TANAP Avropa İttifaqının xüsusi diqqət yetirdiyi boru xəttidir".

Yazı müəllifi deyir ki, Azərbaycan qazının Avropaya çatdırılması respublika ilə Aİ arasında əməkdaşlığın əsas prioritetlərindən biridir və bu istiqamətdə 2006-2011-ci illərdə rəsmi Bakı ilə Brüssel arasında sənədlər imzaladığını xatırladır: "2011-ci ildə Bakıda imzalanan "Cənub" qaz dəhlizi haqqında birgə bəyannamə isə buna qədər aparılan danışıqların, anlaşmaların bir növ yekunu olmaqla əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu".

Müəllif TANAP üçün tranzit ölkə kimi Türkiyənin seçilməsini təsadüf saymır, buna qədər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin Türkiyədən keçməsini və Azərbaycan qazının Avropaya çatdırılması üçün coğrafi baxımdan da ən uyğun marşrut Türkiyə ərazisini göstərir.

Müəllif deyir ki, Türkiyənin Əskişəhər şəhərində kəmərin istifadəyə verilməsi münasibətilə keçirilən təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev TANAP-ı Türkiyə ilə Azərbaycanın növbəti zəfəri və tarixi layihə adlandırıb: "Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir, bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq".

Reallıq ondan ibarətdir ki, həm "Cənub" qaz dəhlizinin, həm də onun başa çatan seqmentlərinin həyata vəsiqə almasının təşəbbüskarı prezident İlham Əliyevdir və onun iradəsi, qətiyyəti, Azərbaycandan Avropaya uzanan yeni qaz kəmərinin reallığa çevrilməsini şərtləndirdi.

"Xeyirxah niyyət"dən törənən əzablar

"Novoye Vremya" qəzetində isə "Bakıdakı tkinti biabırçılığını necə dayandırmaq olar?" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif deyir ki, paytaxtda mənzil tikintisi sahəsində şirkətlərin uşaq idmançalarına, sakinlərin özlərinin yaratdıqları istirahət güşələrinə, saldıqları yaşıllıqlara münasibətdə biabırçılıq baş verir: "Bu dediklərimizə Bakının müxtəlif rayonlarında rast gəlmək olar, xeyirxah niyyətlə "cəhənnəmə yol" salınır. Özü də bütün bu biabırçılıqlar bizlərin gözü önündə baş verir".

Müəllifə görə, nazirliklərdən biri hələ 2008-ci ildə tikinti şirkətlərinin layihə sənədlərinə əməl etməmək, binada nəzərdə tutulandan əlavə mərtəbələr tikmək kimi halların baş verməsi haqda açıqlamalar verirdi.

Yazı müəllifi deyir ki, o vaxtdan 10 il keçsə də heç nə dəyişməyib, ayrı-ayrı"pilot layihə" icra edənlər yenə də özbaşınalıqlarını davam etdirirlər: "Bakıdakı 5-ci mikrorayonun 18-ci, 22-ci və 24-cü binaları arasındakı özbaşınalığı belə ifadə edir: "Şirkətin uşaq meydançasını, çoxillik ağacları məhv etməsi bir yana, yaxın binaların sakinlərini gecə yuxusundan da məhrum edib. Belə ki, sakinlərin müraciətlərinə baxmayaraq, tikintini gecə dayandırmaq da mümkün olmur.

Müəllif deyir ki, heç kəsin tanımadığı yeni yaradılan tikinti şirkətləri təmsilçilərini yaşayış massivinə göndərir və bununla da qanunsuzluq başlanır, tikinti sahəsi adı ilə uşaqa oyun meydançaları, məhəllə ətrafı yaşıllıqlar dağıdılır.

Müəllifə görə, yeni tikilən çoxmərtəbəli binaların həyətlərində isə sakinlərin dincəlməsinə, uşaqların oynamalarına şərait yaradılmır, yaşıllıq salınmır.

Müəllif qanunsuz tikintiləri Bakı şəhərinin nəsibi kimi dəyərləndirir və deyir ki, ilbəil əvvəlcə park, uşaq meydançası, hətta yol olan hissədə ya yaşayış evləri ya da mağazalar tikilir.

Yazı müəllifi bütün bunların baş verməsinə səbəb kimi yerlərdə olan məmurların birbaşa vəzifələrini yerinə yetirməməsini göstərir.

Müəllif sadə məntiqilə belə hesab edir ki, əgər bir yerdə tikinti qanunsuz sayılırsa bu, artıq bu tikinti prosesinə icra hakimiyyətinin "göz yumması"nın nəticəsidir və bunu başqa cür də adlandırmaq olmur.

Müəllifin fikrincə, bu və ya digər tikintinin qanuniliyini müəyyən etməyə cavabdeh olan strukturlar qanuna hörmətsilziyi aradan qaldırmadıqda bu, başağrısına "dönür".

Kərə yağının bahalaşma səbəbi naməlum?

"Marja"da isə "Kərə yağının bahalaşması gömrük ilə əlaqəli deyil" sərlövhəli yazı oxumaq olar.

Müəllif Azərbaycanda kərə yağının baha olmasının səbəblərinə Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynovla aydınlıq gətirmək istəyir.

Xaricdən Azərbaycana gətirilən kərə yağlarının ölkə daxilində qiymətinin artırılması məsələsinə münasibət bildirən Ə.Hüseynov deyir: "Kərə yağının qiymətində artım gömrük rüsumları ilə bağlı deyil. Biz kərə yağının rüsumunu 15 faizdən 10 faizə endirmişik. Ancaq kərə yağının qiymətində heç bir fərq olmayıb". Ə.Hüseynov qeyd edib ki, spirtli içkilərə, tütün məmulatlarına, avtomobillərə, eyni zamanda, Azərbaycanda istehsal olunan bəzi kənd təsərrüfatı məhsullarına da spesifik rüsumlar tətbiq olunur".

Müəllif vurğulayır ki, Nazirlər Kabinetinin 2017-ci il 7 dekabr qərarı ilə Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb.

Müəllif deyir ki, indiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub.

Yazı müəllifi deyir ki, qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib və qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Müəllif deyir ki, 2019-cu il dekabrın 31-dək kərə yağı və digər süddən hazırlanmış yağlara 5 faiz idxal gömrük rüsumu tətbiq edilməsi yeni qərarda da əksini tapıb.

Məqalə müəllifi vurğulayır ki, 2019-cu il dekabrın 31-dən sonra kərə yağına və digər süddən hazırlanmış yağlara yenə 15 faiz idxal gömrük rüsumu tətbiq ediləcək.

Müəllifi belə bir məqamı da xatırladır ki, dünyada süd məhsullarının qiyməti qalxır, BMT Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, süd məhsullarının qiymət indeksi aprel ayı ilə müqayisədə may ayında 5,5 faiz, 2017-ci il ilə müqayisədə isə 11,5% artıb.

Müəllif bildirir ki, bu dəyişikliyə səbəb kimi Yeni Zelandiyanın yağ ixracını azaltması güman edilir.

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti