AXCP fəalı 30 sutka inzibati həbsə məhkum edilib (YENİLƏNİB)
Axşam saat 21-də Şəki rayon Məhkəməsi (Bakıdan 350 kilometr şimal-qərb) Abdurəhmanlını küçədə ünvansız söyüş söymək və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edib.
* * *
2018 İyun 14 (Cümə axşamı) 22:14:10
AXCP fəalı saxlanılıb
Bakı/14.06.18/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatının fəalı Rauf Əbdürrəhmanlı iyunun 13-də Bakıda saxlanılıb. Bu barədə AXCP-dən bildiriblər. O, Bakıdan Şəkiyə göndərilib, orada yerli polis şöbəsində saxlanılır.
AXCP-də hesab edirlər ki, Əbdürrəhmanlının saxlanması onun siyasi fəaliyyəti, hakimiyyəti tənqid etməsi ilə bağlıdır.
DİN fəalın saxlanması haqqında məlumatı şərh etmir. -06D-
Cəmiyyət
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti meteoroloji hadisələr haqqında təxminlərdə rəng şkalasından istifadə edəcək. Bu barədə qurumun nümayəndələrinin bugünki mətbuat konfransında bildirilib.
-
Azərbaycanda bu il iki seçkinin keçiriləcəyi gözlənilir. Söhbət həm parlament, həm də bələdiyyə seçkilərindən gedir. Bələdiyyə seçkilərinin öz vaxtı elə bu ildir. Azərbaycanda sonuncu parlament seçkiləri isə dörd il əvvəl növbədənkənar (altı ay vaxtından əvvəl) keçirilib. Bu, hakim düşərgədə "islahatların sürətləndirilməsi" istəyi ilə izah edilib. Hərçənd, bəzi müxalifət partiyaları onu "seçkinin tez-tələsik saxtalaşdırılması" adlandırıb. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyə əsasən, beş ildən bir keçirilməlidir.
Rəy yaz