AXCP fəalı Füzuli Hüseynov 10 sutka həbs edilib
Bakı/16.06.18/Turan: AXCP-nin iki fəalının taleyinə aydınlıq gətirilib. Onlardan biri iyunun 13-də Gəncədə yoxa çıxıb, digəri isə növbəti gün Bakıda saxlanılıb.
Xatırladaq ki, AXCP Gəncə şöbəsinin rəhbəri Bəxtiyar Əlizadə iyunun 13-də bankomatdan pul götürmək üçün evdən çıxıb. Qohumlarının DİN-in 102 xidməti vasitəsilə onun taleyilə maraqlanmaq cəhdləri nəticəsiz qalıb.
Partiyada güman edirlər ki, bundan öncə həbs olunmuş AXCP fəalı Ruslan Nəsirli B.Əlizadənin evində qaldığından həbs bununla əlaqədar ola bilər. İyunun 15-də B.Əlizadə evə qayıdıb. Ancaq kimsə ilə ünsiyyət qurmaqdan çəkinir və iki sutka harada olması barədə açıqlama vermir.
Digər fəal Füzuli Hüseynov REAL Partiyasının sədri, həbsdə olan İlqar Məmmədovun doğum günü münasibətilə iyunun 14-də Bakıda Nizami küçəsində təkbaşına aksiya keçirdiyinə görə saxlanılıb.
Təxminən bir gün yarım polis onun saxlandığı yer barədə məlumat verməyib. Iyunun 15-də axşam məlum olub ki, o 10 sutka həbs olunub və Biləcəridə inzibati həbs olunanların saxlanılma məntəqəsindədir.
F.Hüseynov bundan öncə də təkbaşına piketlər keçirdiyinə görə inzibati cəriməyə məruz qalıb. 2017-ci ilin oktyabrında müxalifətin mitinqində iştiraka görə 30 sutka həbs olunub.-06D--
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
-
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, cümə günü, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 27 dərəcəyə qədər isti olacaq.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.
Rəy yaz