Rüfət Baxışbəyli sərbəst buraxılıb (YENİLƏNİB)
Müsavat Partiyasının Məclis üzvü və "Basta" saytının əməkdaşı Rüfət Baxışbəyli iyunun 17-də günorta saatlarında sərbəst buraxılıb. O, bütün gecəni Yasamal rayon polis idarəsinin növbətçi hissəsində keçirib.
Rüfət Baxışbəyli polisə aparılmasının yazıları ilə bağlı olduğunu təsdiqləyib. O, işgəncəyə məruz qalmadığını bildirib.-0-
* * *
2018 İyun 17 (Bazar) 14:15:13
Müsavatçının hara aparıldığı bəlli deyil
Bakı/17.06.18/Turan: Müsavat Partiyasının Məclis üzvü və "Basta" saytının əməkdaşı Rüfət Baxışbəylinin iyunun 16-da saxlandığı bildirilir.
Ancaq onun yerinin bilinmədiyi qeyd edilir.
Bu haqda "Basta"nın baş redaktoru Mustafa Hacıbəyli danışıb.
Mustafa Hacıbəyli bildirib ki, Rüfət Baxışbəylinin qeydiyyatda olduğu Masallı rayonunun Polis Şöbəsi ilə də əlaqə axlayıblar, ancaq onun orda olmadığını söyləyiblər:
"Rüfət Baxışbəylini mülki geyimlilər Hökməli kəndində kirayədə yaşadığı evindən aparıblar. Onlar özlərini Yasamal polisinin əməkdaşı kimi təqdim ediblər, evdə axtarış da aparıblar. Ancaq əlaqə saxladığımız Yasamal Rayon Polis İdarəsindən də Rüfət Baxışbəylinin orda olmadığını dedilər. Çox qəribədir ki, Abşeron Rayon Polis İdarəsindən də ( Hökməli kəndi Abşeron rayonundadır) onun orda olmadığını bildirdilər".
Mustafa Hacıbəyli güman edir ki, istirahət günü olduğundan ( Bu gün iyunun 17-i bazar günüdür-r) gün ərzində Rüfət Baxışbəyli haqda məlumat ala bilməyəcəklər.
O, Rüfət Baxışbəylinin hüquqlarını vəkil Osman Kazımovun müdafiə etdiyini bildirib.
Müsavat Partiyası rəhbərliyi hesab edir ki, Rüfət Baxışbəyli siyasi fəaliyyəti ilə bağlı saxlanıb.
Ancaq bütün bu deyilənlərə, hələlik, nə Daxili İşlər Nazirliyindən, nə də başqa rəsmi qurumlardan münasibət almaq mümkün olub. Rəsmilər bundan əvvəl bir qayda olaraq insanların Azərbaycanda siyasi fəlaiyyətlərinə görə təqib edilməsi ilə bağlı deyilənləri qəbul etməyiblər.-06D--
-
- Analitika
- 17 İyun 2018 10:02
-
- İqtisadiyyat
- 17 İyun 2018 21:12
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz