Güclü külək üç rayona ziyan vurub
Bakı/18.06.18/Turan: İyunun 17-də axşam saatlarından başlayaraq güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı, Kürdəmir və Ağsu rayonlarında ciddi fəsadlar törədib.
Yerli hakimiyyətin məlumatına görə, İsmayıllıda güclü külək və yağış bəzi evlərin və təsərrüfat tikilisinin damlarını uçurub, ağacları qoparıb.
Təbii fəlakət Qoydan kəndi ərazisindəki torpaq sürüşməsini aktivləşdirib. Tircan və Maçaxı kənd yolunu sel suları dağıdıb. 66 kəndlə elektrik verilişi kəsilib. Su xəttinə də ciddi ziyan dəyib, 20 kəndə su verilişi dayanıb.
Rayonun taxıl sahələrinə də ciddi ziyan dəyib.
Güclü külək və leysan yağışları Kürdəmir rayonunda da bir sıra ərazilərdə, o cümlədən Böyük Kəngərli, Qarasaqqal, Cəyli və Şabəyli kəndlərində ciddi fəsadlar törədib.
Ən çox zərər Böyük Kəngərli kəndinə dəyib. Belə ki, ilkin məlumata görə, 30-dan çox fərdi yaşayış evinin və digər tikililərin dam örtüyü dağılıb, elektrik dirəkləri və ağaclar aşıb, hasarlar uçub.
Əksər kəndlərdə elektrik enerjisinin verilişi kəsilib. Hazırda ayrı-ayrı yaşayış məntəqələri üzrə dəyən zərər dəqiqləşdirilir.
Ağsu rayonunda bəzi kəndlərə zərər dəyib. 70-dən çox evin dam örtüyü dağılıb. Güclü külək meyvə ağaclarına da zərər verib. Xeyli ağac kökündən qopub.
Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisi kəsilib.
FHN və Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii fəlakətin nəticələrin hələlik şərh etmirlər. -02D-
Cəmiyyət
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
-
Mədəni müxtəlifliyi və dini tolerantlığı ilə tanınan Azərbaycanda pravoslav xristianlar ən əlamətdar və sevincli bayramlarından birini - Pasxa bayramını qeyd ediblər. Mayın 4-dən 5-nə keçən gecə Bakıda və digər bölgələrdəki pravoslav kilsələrində bayram adət-ənənələri və ayinləri ilə zəngin bayram tədbirləri keçirilib.
-
Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Azərbaycan siyasətçisi və alimi Qubad İbadoğlunun evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qolbaq tətbiq ediblər. Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaqla onun hüquqi problemlərinin davam etdiyini göstərir.
-
İyun ayında çimərlik mövsümü açılacaq, Gigiyena və Epidemiologiya Mərkəzi bəzi çimərliklərdə dəniz suyunun çirkləndiyini, digərlərində təmiz olduğunu elan edəcək. Hər il Abşeron çimərliklərində dəniz suyunun bakterioloji göstəriciləri əvvəlki kimi qalır: yarımadanın şimal sahili nisbətən təmizdir, Bakı, Sumqayıt, Yalama və Xaçmaz yaxınlığındakı çimərliklər isə dənizə girənlərə ağır xəstəliklər bəxş edə bilər.
Rəy yaz