AXCP-nin 17 gənc fəalı bir neçə saat polisdə saxlanılıb
Bakı/18.06.18/Turan: İyunun 17-də günorta saatlarında Bakının Nizami rayonunda "Xalqlar Dostluğu" parkındakı çayxanada olarkən AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov da daxil olmaqla 17 nəfər partiya fəalı saxlanılıb. Gənclər Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsində bir neçə saat saxlanıldıqdan sonra izahatları alınaraq azad buraxılıblar. Bu barədə AXCP məlumat yayıb.
Məlumatda deyilir ki, gənc fəalların çayxanada toplanması belə hakimiyyəti narahat edir.
"O gün siyasi məhbus ailələrinin 10 nəfərinin bir yerə toplanmasından qorxuya düşmüşdülər. Siyasi məhbus analarını, atalarını, həyat yoldaşlarını polisə aparmışdılar. Bu gün 17 gəncin parkda toplaşıb, söhbət etməsi bunları qorxudub", - AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.
Rəsmi qurumlar gənc fəalların polisə aparılması barədə hələ məlumat yaymayıblar. -03B-
Cəmiyyət
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
-
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
Rəy yaz