Əli Kərimli Bricit Brinklə görüşüb
Bakı/01.06.18/Turan: Mayın 31-də AXCP sədri Əli Kərimli Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavininin müşaviri Bricit Brinklə görüşüb. Bu barədə Turan-a Ə.Kərimli bildirib.
Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, demokratikləşmə prosesi və onun önündəki maneələr, eləcə də siyasi məhbus problemi, AXCP-yə qarşı yeni repressiya dalğasının başlanması və s. məsələlər müzakirə edilib.
AXCP lideri görüşün yekunlarını yüksək dəyərləndirib. -06D-
Siyasət
-
Azərbaycan Ombudsmanı yanında Milli Preventiv Qrupun üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlərə və fəallara baş çəkiblər, xəbəri insan hüquqları müvəkkilinin aparatının mətbuat xidməti yayıb.
-
İsrail Xarici İşlər Nazirliyinin Qüdsdə siyasət məsələləri üzrə direktoru Aliza Bin Nun Azərbaycan XİN-də və Prezident Administrasiyasında danışıqlar aparıb.
-
Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Anar Məmmədlini və digər siyasi məhbusları azad etməyə çağırıb.
-
Mayın 8-də Bakının Xətai Rayon Məhkəməsi seçkilər sahəsində məşhur hüquq müdafiəçisi Anar Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib. Vəkil qeyd edib ki, müdafiə tərəfi A.Məmmədlinin həbsi üçün heç bir əsas yoxdur.
Rəy yaz