Niyə Moskva Yerevana SU-30 satmaq istəyir?

Moskva/20.06.18/Turan: Moskvanın "Kommersant" qəzeti bildirib ki, Ermənistanda hakimiyyət dəyişdikdən öncə bu ölkənin müdafiə naziri Rusiyanın Su-30 CM qırıcılarının alınması məsələsini 2024-cü ilədək təxirə salıb. Ermənistana bir eskadrilyanın göndərilməsi barədə kontrakt 2012-ci ildə imzalanmışdı. Lakin Ermənistanın maliyyə problemləri ilə əlaqədar qüvvəyə minməmişdi.

Rusiya bu təyyarələri Ermənistanın yeni rəhbərliyinə satmaq istəyir. Baş nazir Nikol Paşinyan Su-30 CM-in kabinəsində artıq oturub və qırıcını "dünyada ən yaxşılarından biri" adlandırıb.

N.Paşinyan Erebuni aeroportunda (Rusiyanın 3624-cü aviabazası yerləşir) təyyarənin kabinəsində oturduğu fotonu Facebook-da yerləşdirdikdən sonra Ermənistanın Su-30 CM almaq istəyi barədə danışıqlar bərpa edilib.

Paşinyan hər hansı açıqlama verməyib. Lakin yerli ekspertlərin fikrincə, bir neçə Su-30CM-in tədarükü barədə danışıqlar uğurla gedir və bu, yaxın bir -iki il ərzində həyata keçirilə bilər.

2012-ci ildə Moskva və Yerevan arasında imzalanan müqaviləyə görə, Ermənistan 12 qırıcı (onların göndərişinə sanksiyanı Vladimir Putin verib). Təyyarələrlə yanaşı (Moskvada Yerevanın maliyyə məsələsini çözməyə cəhd ediblər, təyyarələrin ixrac qiymətinə yox, Rusiya qiymətinə alınmasına razılaşmaq istəyiblər) Ermənistan başqa silahlar da almalı idi. Belə ki, məsələn, Yerevan "İskander" operativ-taktiki raket kompleksinin ixracı üzrə ilk alıcısı olub. Həmçinin Rusiya kreditinin hesabına $300 mln.-luq silah alıb. Vəsait çatışmazlığına görə Yerevan Moskvaya bildirib ki, Su-30 alışı 2024-cü ilədək təxirə salınır.

Moskva kontraktın mümkün qədər tez reallaşmasına ümid edir: bu, İrkutsk aviatikinti zavodunun 2022-ci ilədək yüklənməsi üçün lazımdır.

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin eksperti Konstantin Makienko hesab edir ki, "müasir hərbi aviasiya komplekslərinin göndərişi Azərbaycanı Qərb qırıcılarını almağa sövq edə bilər". Bu cür presedentlər artıq olub: Yerevana "İskander" göndərilməsinə cavab olaraq Bakı Belarusun "Polonez" yaylım atəşli reaktiv sistemini alıb. Odur ki, Azərbaycana daha müasir Su-35 qırıcılarının alınmasını təklif edə bilərlər, qəzet yazır.

Hərbçilərin fikrincə, bu sinfə aid təyyarələr ərazilərinin kiçik olduğuna görə Ermənistan və Azərbaycan üçün uyğun deyil. Sovet dövründə Ermənistanda qırıcı aviasiyası yerləşməyib, belə ki, uçan təyyarələr dərhal Türkiyənin hava məkanında görünüb. Bu səbəbdən həmin ölkələr üçün optimal təyyarələr SU-25 və ya MİQ-29 hesab olunur, ekspertlər deyirlər.

SU-27, SU-30 və SU-35 kimi ağır qırıcılar böyük əraziyə və sərhəd uzunluğuna malik ölkələrə üçün yarayır.

SU-30 CM və SU-35 təyyarələrinin xarakteristikasına gəlincə, onlar belədir: SU-30 ekipajı 2 nəfərlikdir, yüksəklikdə maksimal sürət 2 350 km.saatdır. Əlavə yanacaq doldurmadan 3.5 saat ərzində 3000 km. uçuş məsafəsinə malikdir.

Su-30 CM çoxhədəfli təyyarədir. O, təkcə hava döyüçü aparmağa qadir deyil, həm də yerüstü mobil və stasionar hədəflərə zərbələr endirməyə qadirdir.

Su-35-ə gəlincə, bu, daha müasir elektronikaya malikdir, düşmənin radarından müdafiə səviyyəsi yüksəkdir. Bu yaxınlarda Hindistan gözləntləri doğrultmayan həmin təyyarələrin alışı ilə bağlı müqavilədən imtina edib. Bununla belə, Rusiya tərəfi bildirir ki, Su-35 Qərbin F-22 və F-35 təyyarələrindən üstündür.

Bu gün Rusiya komplektdən asılı olaraq 30-50 milyon dollar arasında hərbi təyyarələr satır.

Ekipaj -1 nəfər, maksimal sürət 2500 km., ən yüksək 20 kilometrə qalxa bilir. Silah: topu 30 mm., raketlər Hava-hava - 16 orta məsafəli, 6 kiçik məsafəli. 6 paket Hava-torpaq və bir böyük məsafəli raket. Yüksək dəqiqliyə malik hərbi sursatlar və 12 idarə olunmayan hərbi sursat. -02D-

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti