Натиг Джафарли

Натиг Джафарли

Bakı/11.07.18/Turan: Gəncə hadisələrinin törənməsinin iki əsas səbəbi var - insanların cəmiyyətdə ədalətə nail olmaq imkanının olmaması və əhalinin təhsil səviyyəsinin aşağı düşməsi. Bu fikri Turan agentliyinə REAL partiyasının məclis üzvü Natiq Cəfərli Gəncədə etirazçılar və polis arasında dünənki qarşıdurmanı şərh edərkən bildirib.

Onun sözlərinə görə, sekulyar qüvvələr və vətəndaş cəmiyyəti üçün imkanların məhdudlaşdırılması şəraitində qaragüruh qüvvələr ortaya çıxır.

Konkret lokal səbəblərə gəlincə, Cəfərli məlumatı olmadığı üçün şərh verməkdən yayınıb.

O, iki polis zabitinin öldürülməsini pisləyib. -06B-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti