Фото из открытых источников
Şəkidə qəssablar tətil etdi
Bakı/19.07.18/Turan: İki gündür ki, Şəkinin mərkəzi bazarında (Bakıdan 400 km şimal-qərbdə) qəssablar tətil edir.
Səbəb bazar rəhbərliyinin mal-qaranın mütləq xüsusi olaraq ayrılmış yerdə kəsilməsi ilə bağlı yeni qayda tətbiq etməsidir. Bu zaman hər kəsilən heyvan üçün sahibindən 4 manat tələb edirlər.
Qəssablar hesab edirlər ki, ətin qiymətinin bahalaşması tələbatın azalmasına gətirib çıxara bilər və ziyana dönər. İndiyədək bazarda qoyun ətinin bir kiloqramını 7-10 manata, mal ətini 10 manata almaq olurdu.
Yerli sakinlər tətilin ət çatışmazlığına və ətin bahalaşmasına səbəb olacağından ehtiyatlanırlar. Şəhər əhalisi əti əsasən bazardan alır, burada hər gün təxminən 30-40 satış nöqtəsi fəaliyyət göstərir.
Qeyd edək ki, mal-qara kəsimi qaydaları Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi tələblərinə və sanitariya-gigiyena normalarına cavab verməyən qanunsuz mal-qara kəsimi məntəqələrinin fəaliyyətinin qarşısını almaq məqsədilə keçirdiyi reydlərdən sonra sərtləşib. -06D-
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Rəy yaz