AXCP fəalının apellyasiya şikayətinə baxılıb
Bakı/20.08.18/Turan: Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Orxan Baxışlının şəxsi axtarışa və götürməyə məruz qalması ilə bağlı avqustun 8-də qəbul etdiyi qərardan verdiyi şikayəti qismən təmin edib, amma yekun qərarı dəyişməyib. Məhkəmə şikayətə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması barədə qərar verib. Bu barədə AXCP-nin mətbuat xidməti məlumat yayıb.
Belə ki, avqustun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə Baxışlının cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 24-nə təyin olunub. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsi şikayətin bu məhkımədə araşdırılması barədə qərar verib.
AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 6-da saxlanılıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur və Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, daşıma və ya satma) maddəsilə ittiham olunur.
Gənc fəal ittihamı rədd edir, narkotikin tutulan zaman cibinə atıldığını deyir.
AXCP bildirib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun bu hakimiyyət tərəfindən qətlə yetirildiyini bildirib.-0-
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz