Qurban yarmarkalarına start verilir

Bakı/20.08.18/Turan: Avqustun 22 və 23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar avqustun 21-dən 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Yarmarkalara təxminən, 35 min baş heyvanın çıxarılması nəzərdə tutulur. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkaları Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda təşkil olunacaq. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.

Bundan başqa bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.

Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək: Bakının Nərimanov, Suraxanı, Binəqədi, Xətai, Yasamal, Nizami, Səbayel, Xəzər, Qaradağ Sabunçu rayonlarında.

Bundan əlavə, Gəncə, Neftçala, Şamaxı, Göyçay, İsmayıllı, Lənkəran, Ağdaş, Quba, Şirvan və Şəkidə bayram yarmarkaları təşkil ediləcək.

Xatırladaq ki, Qurban bayramı islam dininin iki böyük bayramından biridir və bu il Qurban bayramı avqustun 22-i, 23-nə təsadüf edir. -05D-

Rəy yaz

Cəmiyyət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti