Nazirlik məişət tullantılarının düzgün idarə edilməməsinin qarşısını almaq üçün reydlər keçirir
Bakı/21.08.18/Turan: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Lənkəran şəhərinin Xəzər sahili ərazisində məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı 6, Salyan və Neftçala rayonlarında 3, Beyləqan rayonunda 1, Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 5 protokol tərtib edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, protokollar nazirlik tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər zamanı tərtib edilib.
Plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib.
Nazirlik ilə yanaşı yerli hakimiyyət orqanları və "AzEkol" MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub. -0-
-
- İqtisadiyyat
- 21 Avqust 2018 13:46
Cəmiyyət
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti meteoroloji hadisələr haqqında təxminlərdə rəng şkalasından istifadə edəcək. Bu barədə qurumun nümayəndələrinin bugünki mətbuat konfransında bildirilib.
-
Azərbaycanda bu il iki seçkinin keçiriləcəyi gözlənilir. Söhbət həm parlament, həm də bələdiyyə seçkilərindən gedir. Bələdiyyə seçkilərinin öz vaxtı elə bu ildir. Azərbaycanda sonuncu parlament seçkiləri isə dörd il əvvəl növbədənkənar (altı ay vaxtından əvvəl) keçirilib. Bu, hakim düşərgədə "islahatların sürətləndirilməsi" istəyi ilə izah edilib. Hərçənd, bəzi müxalifət partiyaları onu "seçkinin tez-tələsik saxtalaşdırılması" adlandırıb. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyə əsasən, beş ildən bir keçirilməlidir.
Ermənistandan gələn mesajlar sülh üçün ümid verirmi? – Elxan Şahinoğlu Çətin sualda
Xəbər lenti
-
- Böyük Şərq,
- 12:14
- 540
-
- Cəmiyyət,
- 12:05
- 420
Rəy yaz