Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb
Bakı/21.08.18/Turan: Bakıda restoranda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq Bakıda restoranda 13 nəfərin zəhərlənməsi ilə bağlı birgə məlumatında deyilir.
Məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, avqustun 11-də paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən "Tonqal" restoranında 3-ü azyaşlı olmaqla, 13 nəfər qidadan zəhərlənərək Klinik Tibbi Mərkəzə və 2 saylı Uşaq Kliniki Xəstəxanasına yerləşdirilib. -16D-
-
- İqtisadiyyat
- 21 Avqust 2018 13:46
-
- Maliyyə
- 21 Avqust 2018 14:10
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz