Gözəl Bayramlı
Ali Məhkəmədi Gözəl Bayramlının məhkəməsi başlayır
Bakı/21.08.18/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müavini Gözəl Bayrmalı barəsində Qazax rayon Məhkəməsinin, ardınca Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərarlar qanunsuz və əsassızdır. Həmin qərarlar ləğv edilməlidir.
Siyasətçinin vəkillərinin Ali Məhkəməyə təqdime tdikləri kassasiya şikayətində belə vurğulanır. Bu haqda Turan-a AXCP-dən bildiriblər.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, kassasiya şikayətində G.Bayramlıya bəraət verilməsi istənilib.
Kasasiya şikayəti artıq Ali Məhkəmədə icraata qəbul edilib. Şikayət hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyanın icraatına verilib.
AXCP sədrinin müavininin məhkəməsi sentyabrın 9-da başlayacaq.
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.--0--
-
- Cəmiyyət
- 21 Avqust 2018 15:56
-
- İqtisadiyyat
- 21 Avqust 2018 16:11
Cəmiyyət
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
-
Mədəni müxtəlifliyi və dini tolerantlığı ilə tanınan Azərbaycanda pravoslav xristianlar ən əlamətdar və sevincli bayramlarından birini - Pasxa bayramını qeyd ediblər. Mayın 4-dən 5-nə keçən gecə Bakıda və digər bölgələrdəki pravoslav kilsələrində bayram adət-ənənələri və ayinləri ilə zəngin bayram tədbirləri keçirilib.
-
Mayın 4-də Sumqayıt şəhərində polis əməkdaşları məhkəmənin qərarını icra edərək Azərbaycan siyasətçisi və alimi Qubad İbadoğlunun evində ona hərəkətlərinə məsafədən aramsız nəzarət etməyə imkan verən elektron qolbaq tətbiq ediblər. Bu elektron nəzarət vasitəsinin tətbiq olunması İbadoğlunun yerdəyişmələrini müəyyən ərazi ilə məhdudlaşdırmaqla onun hüquqi problemlərinin davam etdiyini göstərir.
-
İyun ayında çimərlik mövsümü açılacaq, Gigiyena və Epidemiologiya Mərkəzi bəzi çimərliklərdə dəniz suyunun çirkləndiyini, digərlərində təmiz olduğunu elan edəcək. Hər il Abşeron çimərliklərində dəniz suyunun bakterioloji göstəriciləri əvvəlki kimi qalır: yarımadanın şimal sahili nisbətən təmizdir, Bakı, Sumqayıt, Yalama və Xaçmaz yaxınlığındakı çimərliklər isə dənizə girənlərə ağır xəstəliklər bəxş edə bilər.
ABŞ səfirinin dediklərindən hansı nəticələr çıxarmalı? – Seymur Həzi Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 13:04
- 285
Rəy yaz