debka.com

debka.com

Türkiyə və xüsusilə, prezident Ərdoğan üçün kritik sayılan iki dönəmdə- 2016-cı ilin avqustunda və 2018-ci yanvar-mart aylarında Rusiyanın birbaşa icaəzisylə Suriya torpaqlarında Türkiyə silahlı qüvvələrinin keçirdiyi "Fərat qalxanı" və "Zeytun budağı" əməliyytlarının Rusiya baxımından əsas strateji hədəfi, xüsusilə, Hələbdə məğlubiyyətə uğradıldıqdan sonra Dəməşqin Cənubi-Qərbində yerləşən İdlb qəsəbəsinə qaçan əl-Kaidə, əl-Nusra və d. terror təşkilatı mənsublarının o bölgədə məhv edilməsi olmuşdu.

2017-ci ilin yanvarında Rusiya, Türkiyə və İranın iştirakı ilə başladılan "Astana prosesi"ndə əvvəlcə Suriya konstitusiyasının layihəsini masanın üstünə qoyan Rusiya, daha sonra İdlibin terrorçulardan təmizlənməsi məqsədi ilə Türkiyənin o bölgədə "Müşahidə məntəqələri" yaratma təklifini də rədd etmədi.

İdlib bölgəsində Türkiyənin əsas məqsədi Səudiyyə Ərəbistanının orada dəstəklədiyi radikal qrupları öz himayəsinə alaraq,bölgədən uzaqlaşdırmaq olsa da "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları üçün Ankaraya yaşıl işıq yandıran Moskva təxminən yarısı çeçenlərdən ibarət olan bölgədəki 50 min terrorçunun yerindəcə məhv edilməsi üçün Türkiyədən lazımi dəstəyi görmədi; başqa sözlə desək, ipə un sərən Ankara dini-ideoloji baxımdan özünə yaxın kimi gördüyü qrupların "Əsədin burnunun dibindən uzaqlaşdırılmasına" hərarətli baxmadı.Rusiya isə İdlibin çeçen, uyğur və b. mənşəli terrorçulardan təmizlənməsini Türkiyə ilə hal-hazırkı münasibətlərinin ən önəmli nöqtəsi hesab etməkdədir.

Xarici işlər naziri Mevlut Çavuşoğlu,müdafiə naziri (1,5 ay əvvələ qədər Baş qərargah rəisi) Hulusi Akar və Baş kəşfiyyat idarəsinin rəisi Hakan Fidanın bir neçə gün əvvəl Moskvada prezident Putinlə görüşünün əsas məqsədinin Rusiya dəstəkli Əsəd ordusu tərəfindən mühasirəyə alınan İdlibə hərbi əməliyyatın təxirə salınması üçün "xahiş-minnət" olduğunu İranın Fars agentliyi avqustun 29-da xəbər verdi. Gəlinən nöqtədə İdlibə hərbi əməliyyatın qabağının alına bilinmədiyini görməkdəyik ki, bu da o bölgədəki daşların yerindən oynaması halında çeçen, uyğur və Orta Asiya mənşəli terrorçuların sağ qalan qisminin Qafqaza və Qafqaz üzərindən Orta Asiyaya qayıtma ehtimalını gücləndirir.Bu vəziyyətdə Türkiyə iki addımı eyni vaxtda atmaq məcburiyyətində qalır ki, bunlardan birincisi- İdlibdən yeni köç dalğasının qabağını almaq üçün özünün cənub sərhədlərinin təhlükəsizliyini gücləndirmək, kincisi isə Rusiyanın çox ehtiyat etdiyi çeçen, uyğur və Orta Asiya mənşəli terrorçuların Azərbaycan üzərindən Qafqaza və Orta Asiyaya keçmə cəhdlərinin qabağına sədd çəkməkdir. Türkiyə bunu təkcə özünün təhlükəsizliyi üçün yox həm də (təbii ki, Moskvanın güclü təlqini və hətta təzyiqi ilə) çeçen, uyğur və Orta Asiya mənşəli terrorçuların başda Azərbaycan və Rusiya (Şimali Qafqaz) olmaqla qonşu ölkələrdə yuvalanmalarının qarşısını almaq məqsədi ilə də etmək məcburiyyətindədir. Rusiya, xüsusilə, çeçen mənşəli terrorçuları n İdlibdən sağ çıxmamalarına nail olmağa çalışır,oradan sağ çıxan terrorçu qrupların Qafqaza və Orta Asiyaya qayıda bilmələrinin "günahını" Rusiya birinci növbədə, Türkiyənin, daha sonra isə başda Azərbaycan olmaqla, o biri ölkələrin üzərinə atacaqdır.

Böyük ölçüdə daxili işlər nazirinə tabe olan Jandarm qüvvələri baş komandanının da , milli müdafiə nazirliyinin yüksək vəzifəli şəxslərinin də bu günlərdə biri digərinin paralelində Bakıya səfər etmələrinin səbəbini bu çərçivə içində axtarmaq doğru olacaqdır. Yəni: İdlib əməliyyatında Rusiya Türkiyəni çiyin-çiyinə öz yanında görmək istəyirdi, bu günə qədər Suriya torpaqlarındakı iki mühüm hərbi əməliyyata yaşıl işıq məhz Moskva üçün həyati əhəmiyyətə malik olan İdlib əməliyyatındakı əməkdaşlıq üçün yandırılmışdı. Ancaq Türkiyə buna qol qoymadı və indi əlimyandıda Rusiyanın tələbinə Azərbaycanı da işin içinə qataraq müəyyən ölçüdə olsa da cavab verməyə çalışır.

Ankaranın bu manevrləri Moskvanı məmnun edəcəkmi?

Yaxın gələcəkdə görəcəyik.

Rəy yaz

Analitika

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti