Azərbaycan yığması Malta yığması ilə heç-heçə oynayıb
Bakı/11.09.09/Turan: Azərbaycanın futbol üzrə yığma komandası Millətlər Liqasının ikinci turunda Malta komandası ilə ev sahibinin meydançasında 1:1 hesabı ilə oynayıb.
Birinci taymda 10-cu dəqiqədə Malta yığmasının futbolçuları penalti zərbəsi ilə hesabı açıblar. Azərbaycan yığmasının kapitanı Bədavi Hüseynov öz cərimə meydançasında qaydanı pozub.
26-cı dəqiqədə Təmkin Xəlilzadənin effektiv zərbəsi ilə hesab bərabərləşib.
Azərbaycan yığması ikinci taymda ev sahiblərinin qapısı önündə real qol vəziyyəti yarada və müvafiq olaraq turnirdə ilk qələbəni saxlaya bilməyiblər.
D divizionunun 3-cü qrupunda paralel oyunda Kosoco yığması öz meydançasında Farer adalarına 2:0 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, Bakıda keçirilən birinci turda Azərbaycan milli yığması Kosovo komandası ilə 0:0 oynayıb.
İki turdan sonra 3-cü qrupda Kosovo yığması 4 xalla qrup lideridir. İkinci yerdə 3 xalla Farer adalarıdır. Azərbaycan yığması 2 xalla üçüncü, Malta bir xal ilə sonuncu dördüncü yerdədir.
Üçüncü turda Azərbaycan yığması oktyabrın 11-də Farer adaları ilə rəqib komandanın meydançasında oynayacaq.-71D-
-
- Mədəniyyət
- 10 Sentyabr 2018 17:53
-
- Cəmiyyət
- 11 Sentyabr 2018 10:38
Cəmiyyət
-
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağıntısız keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 12+16, gündüz müsbət 20+25 dərəcə olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Tərtər rayonunda çoban minaya düşərək həlak olub.
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
Rəy yaz