AFFA Hakim Komitəsinə əcnəbi rəhbərlik edəcək
Bakı/14.09.18/Turan: Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Hakimlər Komitəsinin sədri postuna əcnəbi təyin edilib. Bu, 55 yaşlı avstriyalı Frits Stuxlikdir. O, uzun illər Hakimlər Komitəsinə rəhbərlik etmiş Xaqani Məmmədovu əvəz edib. Bu barədə qərar cümə günü AFFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Qeyd edək ki, F.Stuxlik 17 mövsüm Avstriya Bundesliqasının matçlarına hakimlik edir. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FİFA referisi olub.
AFFA baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Hakimlər Komitəsinin strukturu da dəyişdirilib.
"Hazırda Hakimlər Komitəsi və Hakimlər-İnspektorlar Komitəsi bir qurumda birləşdirilib", - o deyib.
Avstriyalının təyinatını şərh edən E.Məmmədov deyib: "Frits Stuxlik tanınmış arbitr olub. İcraiyyə Komitəsi onun namizədliyini qəbul edib və birləşmiş komitənin rəhbəri seçilib".-71D-
Cəmiyyət
-
"Koroğlu" metrostansiyasının cənub çıxışında nəqliyyat mübadilə mərkəzi yaradılması ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.
-
Mayın 3-də Bakıda və Abşeron yarımadasında temperaturun aşağı düşəcəyi və havanın yağıntılı olacağı gözlənilir. Sinoptiklərin proqnozuna görə, cümə günü axşam yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
-
Mayın 1-də ABŞ Maliyyə Nazirliyinin açıqladığı sanksiya siyahısında 60 şirkətin adları var və Rusiya ilə yanaşı Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Slovakiya və Türkiyə şirkətləri də sanksiyalar altına düşüb.
-
Azercell-in həssas qadın qrupları üçün təşkil etdiyi təlimlər davam edir Azercell və “Ümidli Gələcək” İB-in “Gələcəyi öz əllərinlə yarat” layihəsi çərçivəsində növbəti təlim baş tutub. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında keçirilmiş təlimə yetkin qadınlarla yanaşı həm də yeniyetmə və gənc qızlar qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri iştirakçılara “yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka barədə məlumat veriblər. Qadın sığınacağının sakinləri isə öz növbələrində hədəfləri, karyera və təhsil planları barədə mütəxəssislərdən tövsiyələr alıblar.
Rəy yaz