Unibankda yeni depozit növü: Depozit hesabı aç, illik faizləri həmin gün götür!
İndi Unibankda manatda əmanət hesabı açanlar, əmanətin 1 illik faizini elə hesab açdıqları gün götürə bilirlər. Bank müştərilərə xidmət səviyyəsinin və təklif olunan məhsul çeşidinin artırılması məqsədi ilə manat valyutasında yeni əmanət növü yaradıb. "Faizlər əvvəlcədən" adlı bu əmanət növündə müştəri əmanət hesabını açdıqda, əmanət üzrə hesablanmış faizləri həmin gün alacaq.
"Faizlər əvvəlcədən" əmanəti üzrə şərtlər aşağıdakı kimidir :
- Valyutası - AZN
- Müddəti - 12 ay
- "+2 faiz" aksiyası çərçivəsində illik faiz dərəcəsi - 9% (7%+2%)
- Minimal məbləğ - 500 AZN
- Müştəri üzrə maksimal məbləğ - 200 000 AZN
Xatırladaq ki, Unibankın sərfəli faizli depozit kampaniyası da davam edir.31 oktyabradək Unibanka manat depoziti yerləşdirən hər kəsə bankdan illik əlavə 2% də hədiyyə ediləcək. Aksiya çərçivəsində "Müddətli" depozitin faiz dərəcəsi müddətin sonuna 12%-ə, "Yığım" və "Proqressiv"depozitinin faiz dərəcəsi ilə illik 10%-ə yüksəlib.
Unibankda əmanət hesabı açmaqla, hansı üstünlükləri qazanırsınız?
- Ölkənin stabil inkişaflı və mənfəətli bankının 1 milyondan artıq müştərisindən biri olursunuz;
- Bazarda çox sərfəli depozit faizləri əldə edirsiniz (maksimum 12%-dək);
- Depozitiniz Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur;
- Vəsaitiniz daha təhlükəsiz ünvanda saxlanılaraq, sizə illik artım gətirir.
Vəsaitinizi qorumağın və artırmağın ən yaxşı, təhlükəsiz və gəlirli üsulu depozit hesabı açmaqdır. Unibankın depozit kampaniyasında iştirak edərək, özünüzün və övladlarınızın gələcəyini indidən təmin edin!
Qeyd edək ki, Əmanətlərin SığortalanmasıFondunun qərarı ilə qorunan əmanətlərin yuxarı həddi 15% təşkil edir və Unibanka yerləşdirilən bütün əmanətlər sığortalanır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (https://www.unibank.az/az/deposits/index) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) və Unibankın filiallarından əldə etmək olar.
Unibank- hər kəsin bankı!®
-
- Analitika
- 18 Sentyabr 2018 17:52
-
- Aktual Reportaj
- 19 Sentyabr 2018 11:18
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında yağıntı gözlənilmir, şimal-qərb küləyi cənub küləyi ilə əvəz olunacaq.
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
Rəy yaz