Gəncə şəhərində prokuror dindarlara həbs istəyib
Bakı/19.09.18/Turan: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə məhkəmə prosesində 2017-ci ilin Aşura mərasimi zamanı İmamzadə ziyarətgahında dindarlarla polis əməkdaşları arasında baş vermiş insidentlə bağlı həbs olunan şəxslərə prokuror iş istəyib.
2017-ci il sentyabrın 30-da Gəncə şəhəri İmamzadə Ziyarətgahına insanların buraxılmamasına görə polislə insident yaranıb, xeyli sayda vətəndaş saxlanılıb. Gəncə şəhər Prokurorluğu və Gəncə Baş Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) və 221.3 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb. İttiham aktına görə, cinayət işi materiallarında 16-sı polis əməkdaşı olmaqla, 18 zərərçəkmiş və 22-si polis əməkdaşı olmaqla, 26 şahid qeyd olunub.
7 təqsirləndirilən şəxs barəsində məhkəmə prosesi 2018-ci ilin yanvarın 26-dan davam edir.
Dövlət ittihamçısı Aleksey Abbasov təqsirləndirilənlərdən ikisinə 8 il, qalanlarına isə 7 il həbs istəyib.
Növbəti proses sentyabrın 24-nə təyin edilib. -03B-
-
- İqtisadiyyat
- 19 Sentyabr 2018 13:21
-
- Siyasət
- 19 Sentyabr 2018 13:36
Cəmiyyət
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
-
9 may Qələbə bayramı münasibətilə Azərbaycanda prezidentin sərəncamı ilə İkinci Dünya Müharibəsi iştirakçılarına 2 min manat (1167 dollar) birdəfəlik yardım ayrılıb. Ölkədə 1941-1945-ci illər hərbi əməliyyatlarının cəmi 30 nəfər birbaşa iştirakçısı qalıb.
-
Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyilə əvəz olunacaq.
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
Rəy yaz