Metronun "Xətai" stansiyası bir illik bağlanır

Bakı/19.09.18/Turan: Metronun "Xətai" stansiyası sentyabrın 27-dən təmir üçün bağlanır, bu barədə Bakmetropoliten-in məlumatında deyilir.

Bununla əlaqədar "Cəfər-Cabbarlı-Xətai" istiqamətində qatarların hərəkəti dayandırılacaq. Təmir işlərinin 10 avqust 2019-cu ilə qədər yekunlaşdırılması planlaşdırılır, deyə məlumatda bildirilir.

Xüsusən, köhnə eskalatorların müasir alman eskalatorları ilə dəyişdirilməsi, köhnəlmiş avadanlığın dəyişdirilməsi və vestibülün təmiri nəzərdə tutulur. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti