Azərbaycan Rusiya ilə sərhəd rayonlarında heyvanlarda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparır
Bakı/26.09.18/Turan: Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Rusiya ilə həmsərhəd olan Quba, Qusar və Xaçmaz rayonlarına çiçək xəstəliyi əleyhinə əlavə 15 min doza miqdarında vaksin göndərib.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) Rusiyanın Samara, Kurqan və Çelyabinsk vilayətlərində iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və Moskva vilayətinin Şaxovskaya rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliklərinin yayılması barədə məlumat yayıb. Bu səbəbdən Azərbaycan Rusiya ilə sərhəd rayonlarında peyvəndləmə işləri aparır.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, peyvəndləmə tədbirləri "soyuq zəncir" prinsipi gözlənilməklə sahə baytarlıq məntəqələrinə çatdırılaraq heyvanlara tətbiq edilib. Artıq bu günlərdə Rusiya Federasiyası ilə həmsərhəd rayonlarda çiçək xəstəliyinə qarşı aparılan peyvəndləmə tədbiri yekunlaşıb.
Dövlət Baytarlıq Xidməti və Epizootiya və Zoonoz Xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli kömək göstərmək və tövsiyə məqsədi ilə bölgələrə ezam olunublar, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri lazımi avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin edilib.
Həmçinin "soyuq zəncir" prinsipinə uyğun olaraq, bu rayonlarda 3-8 aylıq cavan iribuynuzlu heyvanlarda nodulyar dermatit və dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılıb.
"Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilati-təsərrüfat tədbirlərini davam etdirir", -nazirlik bildirir.-03D-
-
- Cəmiyyət
- 26 Sentyabr 2018 15:13
-
- Foto sessiyalar
- 26 Sentyabr 2018 15:43
Cəmiyyət
-
Bakıda Dövlət Yol Polisinin mobil patrulları taksi sürücülərini müvafiq icazələr əsasında işə cəlb etmək və taksidə yeni iş qaydalarını izah etmək üçün reydlər keçirirlər. Reydlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iştirak edir, - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir. Eyni reydlər Sumqayıt şəhərində də müşahidə olunub.
-
Uzun illərdir Xəzər dənizinin səviyyəsinin azalması həm hidroloqların, həm də geniş ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycanda dəniz səthinin xeyli azalması Sumqayıtda və Bakı Dəniz Bulvarı boyunca dənizin dayazlaşması ilə özünü büruzə verirdi. Lakin son vaxtlar hava şəraiti yeni ümidlər yaradıb.
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
Rəy yaz