Hakimiyyət Qarabağın azad edilməsi tələbilə mitinqə icazə verib
Bakı/26.09.18/Turan: Sentyabrın 29-da Yasamal rayonunda "Məhsul" stadionunda işğal edilmiş ərazilərin azad edilməsi məqsədilə silahlı mübarizə yoluna tərəfdar olan müxalifətçi qüvvələrin mitinqi keçiriləcək.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı Turan-a bildirib ki, mitinq saat 15:00-da başlayacaq və iki saat davam edəcək.
"Aksiyanın əsas şüarı "Qarabağa azadlıqdır", - A.Nağı qeyd edib.
Xatırladaq ki, bundan öncə bir qrup ictimai xadim və müxalifətçi siyasətçilər "dəyirmi masa" keçirərək RF prezidenti Vladimir Putinin Bakıya səfərinə etiraz etmişdilər.
Tədbirin yekunlarına əsasən qəbul edilən bəyanatda Azərbaycanın KTMT-yə daxil olmasına dair təkliflər pislənilib, Rusiya isə postsovet məkanını öz nəzarətinə götürmək cəhdində ittiham olunub.
Azərbaycanın Xəzəryanı dövlətlərin əməkdaşlığı formatına cəlb edilməsi müxalifətçilər tərəfindən ölkənin öz suveren xarici siyasətindən imtina etməsi kimi qarşılanır.-03D-
-
- Sual-cavab
- 26 Sentyabr 2018 17:20
-
- Analitika
- 26 Sentyabr 2018 17:23
Cəmiyyət
-
Bakıda Dövlət Yol Polisinin mobil patrulları taksi sürücülərini müvafiq icazələr əsasında işə cəlb etmək və taksidə yeni iş qaydalarını izah etmək üçün reydlər keçirirlər. Reydlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iştirak edir, - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir. Eyni reydlər Sumqayıt şəhərində də müşahidə olunub.
-
Uzun illərdir Xəzər dənizinin səviyyəsinin azalması həm hidroloqların, həm də geniş ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycanda dəniz səthinin xeyli azalması Sumqayıtda və Bakı Dəniz Bulvarı boyunca dənizin dayazlaşması ilə özünü büruzə verirdi. Lakin son vaxtlar hava şəraiti yeni ümidlər yaradıb.
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
Rəy yaz