Rusiya universiteti azərbaycanlı jurnalistlər üçün seminar keçirəcək

Bakı/17.09.18/Turan: Rusiya Xalqlar Dostluğu Universiteti "Rossotrudniçestvo" Bakı nümayəndəliyinin dəstəyilə sentyabrın 19-21-də rus dilində nərş edilən KİV jurnalistləri və jurnalistika fakültəsinin tələbələri üçün metodiki tədbir keçirəcək.

Tədbir zamanı iştirakçılarla jurnalistikanın müasir inkişafı tendensiyası, informasiya mühitinin jurnalistikaya təsiri, stilistika məsələləri və rus dilində mətnlərin ədəbi redaktəsi, Rusiya və xarici KİV-lərin texnologiya məsələləri üzrə qarşılıqlı əlaqələri müzakirə ediləcək.

Məruzəçilər arasında KİV nümayəndələri, Rusiya Xalqlar Dostluğu Universitetinin kütləvi kommunikasiyalar kafedrasının müəllimləri var.

Azərbaycandakı rusdilli informasiya agentliklərinin və digər KİV-lərin jurnalistləri (reportyorlar, redaktorlar), ölkədəki hadisələri işıqlandıran Rusiya KİV-i, Azərbaycanın ali təhsil müəssisələrində jurnalistika ixtisası üzrə təhsil olan tələbələr, başqa ölkələrin jurnalistika fakültəsinin tələbələri və jurnalistlər tədbirə dəvət olunur.

Tədbirin bəyan edilmiş iştirakçılarının sayı 100 nəfərdir.

Tədbir Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçiriləcək. Ünvan: Bakı, Xocalı prospekti, ev 20.

İşrirakçıların online qeydiyyatı: https://docs.google.com/forms/d/e/1FAIpQLScFaItcsJ7Zc6X6hUr-8ylNeJcukxj8WVk_mvkdkVzrTXDIlQ/viewform?c=0&w=1 -06D--

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti