Nikol Paşinyan Murovdağda olub

Yerevan/19.09.18/Turan: Çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın müdafiə naziri və baş qərargah rəisinin müşaiyəti ilə Qarabağa səfər edib.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan erməni qoşunlarının 3 min metr yüksəklikdə yerləşən şimal mövqelərinə baş çəkib. O, mövqelərin mühəndis infrastrukturu, yeni silahları və texniki təchizatı ilə tanış olub.

Səfərin yekunlarına görə Paşinyan bildirib ki, vəziyyətə erməni qüvvələri tərəfindən tamamən nəzarət olunur.

Qeyd edək ki, sözügedən yüksəklikdə yalnız Azərbaycanın Kəlbəcər rayonunda Murovdağın yamacında mövqelər var. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti